Aktual.az saytının 4 yaşı tamam oldu - Açıqlama

img

18-03-2018 [12:24]


Bu gün Aktual.az saytının fəaliyyətə başlamasından dörd il ötür.

Saytdan Mia.az-a verilən məlumata görə, bu xəbər portalı 2014-cü ilin mart ayının 18-də yaradılıb. Sayt qısa bir zamanda öz oxucu auditoriyasını toplayıb və ölkənin aparıcı media orqanlarından birinə çevrilib:

"Artıq iki ildir ki, ölkənin bir sıra tanınmış imzaları - siyasi xadimlər, müstəqil siyasi şərhçilər, jurnalistlər Aktual.az-la əməkdaşlıq edir. www.aktual.az internet resursunda Azərbaycanın siyasi, iqtisadi, sosial, mədəni və idman həyatına dair məlumatlar, regionda və dünyada baş verən hadisələrlə bağlı operativ xəbərlər əksini tapır. Sayt 2015-ci ildə Mətbuat Şurasının üzvlüyünə qəbul edilib".

Qeyd edək ki, saytın baş redaktoru əməkdar jurnalist İbrahim Rüstəmlidir.

P.S. "Aktual.az"ın kollektivini saytın 4 yaşı tamam olması münasibəti ilə təbrik edir, daha böyük uğurlar arzulayırıq. Yolunuz açıq olsun, əziz dostlar!

Digər xəbərlər
SON XƏBƏRLƏR