Çempionlar Liqasının 1/4 final mərhələsinin püşkü: iki ingilis klubu üz-üzə gəldi, "Barselona" isə...

img

16-03-2018 [16:34]


Bu gün Çempionlar Liqasının 1/4 final mərhələsinin də püşkü atılıb. 

Mia.az xəbər verir ki, final mərhələsinə çıxan iki ingilis komandası püşkatmaya görə üz-üzə gələcəklər.

Belə ki, turnirin fovariti sayılan "Mançester Siti” "Liverpul"la oynayacaq. Azarkeşlərin böyük maraqla izlədiyi "Barselona” isə "Roma” ilə "döyüşəcək".

Beləliklə, 1/4 finalda bu komandalar üz-üzə gələcəklər:

"Barselona” (İspaniya) - "Roma” (İtaliya)

"Sevilya” (İspaniya) - "Bavariya” (Almaniya)

"Yuventus” (İtaliya) - "Real” (İspaniya)

"Liverpul” (İngiltərə) - "Mançester Siti” (İngiltərə)
 
Qeyd edək ki, 1/4 finalın ilk oyunları 3-4 aprel, cavab matçları ilə 10-11 aprel tarixlərində keçiriləcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR