Rəsmi Ankara Avropa Parlamentinə cavab verdi: "Obyektivlikdən uzaqdır”

img

16-03-2018 [10:42]


"Avropa Parlamenti obyektivlikdən uzaq və tərəfli baxışa sahib olduğunu bir daha göstərdi”.

Türkiyə Xarici İşlər Nazirliyi bunu Avropa Parlamentinin qəbul etdiyi "Suriyadakı vəziyyət” adlı qətnaməsi ilə bağlı bildirib.

"Avropa Parlamentinin martın 15-də qəbul etdiyi "Suriyadakı vəziyyət” adlı qətnamədə Türkiyəyə edilən çağırış parlamentin həqiqətdən uzaq düşməsinin göstəricisidr. 

"Zeytun budağı” terrora qarşı mübarizə əməliyyatıdır. Bu antiterror əməliyyatı beynəlxalq hüquqa uyğun olaraq, BMT Nizamnaməsinin 51-ci maddəsindən qaynaqlanan qanunu müdafiə haqqı ilə Təhlükəsizlik Şurasının terrora qarşı mübarizəyə dair qərarları çərçivəsində və Suriyanın ərazi bütövlüyünə hörmət prinsipi əsasında həyata keçirilir.

Əməliyyatın hədəfində Afrin bölgəsində yerləşən PKK/KCK/PYP-YPG terror qruplaşması və Suriyanın başqa hissələrindən gələrək bu ərazidə bəzi yerləri tutan İŞİD ünsürləridir. PKK Avropa İttifaqının terrorçu təşkilatlar siyahısındadır. Bu baxımdan əməliyyat yalnız Türkiyənin deyil, Avropanın da təhlükəsizliyinin təmin edilməsi yönündə beynəlxalq qanunlara əsaslanan bir hərəkatdır”, - Türkiyə XİN-nin bəyanatında vurğulanıb.

Sənəddə Türkiyə Avropa Parlamentini, Avropa İttifaqına üzv ölkələri Suriyada davam edən 7 illik böhranın başa çatması, silahlı münaqişənin dayanması istiqamətində məsuliyyəti üzərinə götürməyə və fəallıq göstərməyə dəvət edib.

Qeyd edək ki, Avropa Parlamenti martın 15-də "Suriyada vəziyyət”lə bağlı qəbul etdiyi qətnamədə Türkiyəni Afrindən çıxmağa çağırıb. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Avropa Parlamentində bu istiqamətdə edilən çıxaşlara cavab olaraq martın 15-də bildirib: "Terrorçuları bölgədən təmizləyənə, işimizi bitirənədək Afrindən çıxmayacağıq”.

Report

Digər xəbərlər
SON XƏBƏRLƏR