Hökümət pensiyaçıları 7.5 milyon manat aldadıb - Ekspertdən şok ittiham

img

15-03-2018 [23:44]


"Azərbaycan statistikasında orta aylıq nominal əmək haqqı "xəta"sına görə Dövlət Statistika Komitəsinin (DSK) məlumatına inansaq, 2018-ci i ilin yanvarın 1-ə, Azərbaycanda orta aylıq nominal əmək haqqı 528,2 manat olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 5,7 faiz çoxdur. Halbuki, DSK-nın 2017-ci il yanvarın 1-ə olan məlumatında Azərbaycanda orta aylıq nominal əmək haqqının 498,6 manat olduğu göstərilirdi".

Mia.az xəbər verir ki, bu fikirləri ADR Hərəkatının lideri, iqtisadçı alim Qubad İbadoğlu irəli sürüb. O bildirib ki, sadə riyazi hesablama əsasında müəyyən etmək olur ki, bu il ötən illə müqayisədə orta aylıq əmək haqqı 5,7 faiz deyil, 5,9 faiz ((528,2/498,6) x 100 =105,93-100 = 5,93) artıb. 

Bəs nədən DSK orta aylıq əmək haqqının artım tempini aşağı elan edib?

Q.İbadoğlu qeyd edib ki, əslində, DSK-da bu göstəriciləri dürüst hesabalamaq bacarığına malik olan yüzlərlə mütəxəssis var və biz onların fəaliyyətinə şübhə salmaq niyyətində deyilik: 
"Hesab edirik ki, bu xətalar riyasi deyil, siyasidir. Çünki, bu ildən başlayaraq pensiyaların indeksləşdirilməsi inflyasiya səviyyəsi əsasında deyil, orta aylıq nominal əmək haqqının artım tempi bazasında aparılır. Dövlət Sosial Müdafiə Fondunun açıqladığı məlumata görə, ötən il pensiyanın orta aylıq məbləği 8,4 faiz artaraq 01 yanvar 2018-ci il vəziyyətinə 208,4 manata, o cümlədən yaşa görə pensiyaların orta aylıq məbləği 9,3 faiz artaraq 233,61 manata çatıb. 
qubad-ibadoglu.jpg (381×291)
Deməli indeksləşdirmə aparılan yaşa görə pensiyaların baza göstəicisi hazırda 233,61 manatdır. Ötən il orta aylıq əmək haqqının artım tempi 5,9 faiz olduğu halda, hesablama 5,7 faiz üzərində aparıldığından yaşa görə pensiya alan hər təqaüdçüyə indeksləşdirmə məbləği 0,2 faiz az ödənilir ki, bu da ayda 46,7 qəpik, ildə isə 5 manat 60 qəpik edir. Deməli, hökümət hər pensiyaçıya ildə 5 manat 60 qəpik az ödəməklə, bütövlükdə il ərzində bütün pensiyaçılardan (onların sayı 1 milyon 256 min nəfərdir) 7 milyon 41 min 939 manat 84 qəpik kəsir, başqa sözlə onları aldadaraq o qədər vəsaitə qənaət edir.
Diqqət edin, görün, hər gün davamlı inkişaf nağıllarından danışan hökümət kimləri aldadaraq irəli düşmək istəyir.Hələ bu azmış kimi gələn ilə də indidən hazırlıq edir. Belə ki, bu gün DSK-nın mətbuat üçün açıqladığı "İqtisadiyyatda işləyənlərin sayı və əmək haqqı barədə" məlumatında göstərilir ki, 2018-ci ilin yanvar ayında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 3% artaraq 519,8 manat təşkil edib. Doğrudan da ötən ilin yanvar ayında orta aylıq nominal əmək haqqı 504,8 faiz olub, bu da o deməkdir ki, bu ilin eyni göstərici əvvəlki ildəkindən 2,97 faiz çox, lakin ilin əvvəli ilə müqayisədə isə 1,6 faiz azdır. Çünki, 1 ay bundan əvvəl ölkədə orta aylıq nominal əmək haqqı 528,2 manat idi, 1 ay sonra isə 519,8 manat təşkil edib. 
Bu da irəliyə deyil, geriyə dönüşdür, eyni zamanda onu da deməyə əsas verir ki, gələn ilə indidən hazırlıqlar başlayıb. Ehtiyatlı olun əziz pensiyaçılar belə getsə, bu hökümət gələn il sizi borclu çıxara bilər, qorxuram bu il ödədiklərini gələn geri istəsinlər ki, bəyan etsinlər ki, ölkədə orta aylıq nominal əmək haqqı azaldığına görə, biz sizə deyil, siz bizə borclusunuz".
Mia.az



Digər xəbərlər
SON XƏBƏRLƏR