Prezident komitə sədrinə yeni müavin təyin etdi - SOCAR-ın işçisinə vəzifə verildi

img

15-03-2018 [14:32]


Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin yeni müavini təyin olunub.

Mia.az APA-ya istinadən xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamı ilə Faiq Maqbed oğlu Quliyev komitə sədrinin müavini təyin edilib.

F. Quliyev buna qədər "SOCAR Energy Georgia" MMC-də marketinq və beynəlxalq əlaqələr bölməsinin rəisi vəzifəsində çalışıb.

Qeyd edək ki, bununla da komitənin sədr müavinlərinin sayı üçə çatıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR