15-03-2018 [11:41]
"Türkiyə 3 milyondan çox suriyalı qaçqına ev sahibliyi edir. Ancaq dünya bu böhranı aradan qaldıra bilmir".
Bunu bu gün Türkiyənin Baş naziri Binəli Yıldırım "İnklüziv cəmiyyətlərin qurulması üçün fərqliliklərin aradan qaldırılması” mövzusunda keçirilən VI Qlobal Bakı Forumunun açılış mərasimində deyib.
B.Yıldırım bildirib ki, ikili standartlara son qoyulmalıdır: "Azərbaycanın 20 faiz torpaqları işğal olunub, 1 milyondan çox insanı qaçqın və məcburi düşüb. BMT Təhlükəsizlik Şurasının qətnamələrinə, digər beynəlxalq təşkilatların qərarlarına baxmayaraq, münaqişə hələ də həllini tapmayıb. İnanıram ki, gec-tez haqq yerini tapacaq, yanlışlığa yol verənlər cavablarını alacaqlar".
Türkiyə baş naziri Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin növbəti toplantılarından birinə Türkiyənin ev sahibliyi etmək istədiyini bildirib.
Baş nazirin sözlərinə görə, Azərbaycan dialoqu təşviq etmək üçün 2012-ci ildə Nizami Gəncəvi Beynəlxalq Mərkəzini yaradıb və qısa müddətdə 100-dən artıq dövlət və hökumət başçısının bir araya gəlməsini təmin edib.
Nizami Gəncəvi yaradıcılığının əhəmiyyətindən bəhs edən B. Yıldırım bildirib ki, Nizami Gəncəvi dünyadakı problemlərin çözümünun alimlərdə olduğunu söyləyib:
"Bu baxımdan Nizami Gəncəvi Beynəlxalq Mərkəzi dünyanın aktual problemlərinin müzakirə olunduğu nüfuzlu beynəlxalq platformaya çevrilib. Bu dəfə Forumda müzakirəyə çıxarılacaq "İnklüziv cəmiyyətlərin qurulması üçün fərqliliklərin aradan qaldırılması” mövzusu aktualdır. Hər bir məsələnin mərkəzində insan var. Biz gələcək nəsillər üçün sabitlik və sülhü təmin etməliyik. Bunun üçün iqtisadi sahədə uçurumlar aradan qaldırılmalıdır. Təəssüf ki, reallıqlar bu sahədə optimist olmağa əsas vermir. Bu iqtisadi uçurumların aradan qaldırılması üçün böyük səy göstərilməlidir. Bu gün dünyada bir tərəfdən müasir texnologiyanın, süni intellektin inkişaf etməsi, digər tərəfdən iş sahələrinin sürətlə dəyişməsi müsbət haldır. Ancaq bunun bütün ölkələrə faydalı olması üçün regional və qlobal əməkdaşlığa ehtiyac var. Bir ölkənin geri qalması, digərinin inkişaf etməsi ümumi inkişaf üçün faydalı deyil”.
Türkiyə baş naziri bildirib ki, bu gün dini radikalizm, islamofobiya kimi hallar artıb:
"Sülh şəraitində yaşayan cəmiyyətlərin olması üçün belə hallara qarşı mübarizə aparılmalıdır. Türkiyə bu yoldadır, sülhsevər, dostları artırmaq, düşmənləri azaltmaq yönündə siyasət həyata keçirir. Bu, terrorizmə qarşı təsirli mübarizə üçün də önəmlidir".
B. Yıldırım qeyd edib ki, Türkiyə dinlərin və mədəniyyətlərin qovuşma nöqtəsidir: "Hazırda ölkələrin bir-birindən asılılığının artdığı bir dünyada yaşayırıq. Yalnız birlikdə rifahı təmin etməyimiz mümkün olacaq. Azərbaycan prezidentinin də qeyd etdiyi kimi, Azərbaycan, Türkiyə və Gürcüstan birlikdə Qafqazda böyük əhəmiyyətə malik layihələr həyata keçirib və keçirir. Məsələn, Bakı-Tiflis-Qars dəmir yolu Asiya və Avropanı birləşdirəcək. Bu il TANAP layihəsi də tamamlanacaq və Azərbaycan qazı Türkiyə üzərindən Balkanlara, Avropaya ixrac olunacaq. Bu, ölkələrin enerji təchizatı baxımından mühüm layihədir”.
APA
"Bavariya" Arda Güləri transfer etmək istəyir
Daha 163 dövlət əmlakı hərraca çıxarılıb
Deputatlar toplanıb: daha 21 məsələ müzakirəyə çıxarılıb - SİYAHI
YOXSULLUQ və YOXSULLAR
"İncə səhər" verilişində qalmaqallı rəqs...- VİDEO
İsrail Hələb hava limanını bombalayıb - Xeyli ölən və yaralanan var
Jurnalist İdrak Camalbəyli qəfil vəfat etdi
Ombudsman bəyanat yayıb - MƏTN
Türk aktyor COVİD-ə yoluxub - Filmin çəkilişi təxirə salınıb
Qəzzada bir ev vuruldu: 13 nəfər həlak olub, yaralılar var
İstanbulda nəhəng xalça fabriki yanıb - FOTOLAR
Qazaxda əməliyyat: Şöhrət Orucov saxlanılıb
Füzuli şəhərinə daha 138 nəfər köçürülüb
Azərbaycan neftinin qiyməti 90 dollara çatır
Professor Tufan Axundov vəfat edib
XİN başçısı: "Putin bu qüsuru gizlətməyə çalışır"
Roma Papası 12 qadın dustağın ayağını yudu və öpdü - FOTO
İsrail Dəməşqi yenidən vurub - Yaralılar var
İtaliya XİN başçısı İsrailə çağırış edib: "Rəfaha girməyin" - "İki dövlət modeli üçün çalışırıq"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Ramazanın 19-cu günü: imsak və iftar vaxtları
"Hesab məlumatlarınızı tanımadığınız şəxslərlə paylaşmayın” - DİN sözçüsündən xəbərdqarlıq
Rəsul Bağırov BMT-nin rezident əlaqələndiricisi təyin olunub
Nazir daha bir xanıma yüksək vəzifə verdi - FOTO
Premyer Liqa: növbəti turun təyinatları bəlli olub
Ağdərədə qumbaraatan və pulemyot tapılıb
Türkiyə kubokunun təqvimi açıqlandı
Əməkdar artist Rahib Əliyev vəfat edib
Daha bir sosial media fenomeni tutulub - Xanımı ilə birgə
Qəzzada yardım gözləyənlər bombalanıb: 6 nəfər ölüb, yaralılar var
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
SABİQ NAZİRİN OĞLU İSTİNTAQA İFADƏ VERDİ - 400 minlik iddia ilə bağlı sensasion məlumat yayıldı
BRÜSSELDƏ "ÜÇTƏRƏFLİ GÖRÜŞ": ABŞ-ın təşəbbüsü Cənubi Qafqazda gərginliyi artıracaq – TƏHLİL
"Kinematoqrafiya haqqında" qanunun yenilənməsi məqsədilə işçi qrupu yaradılıb - ARKA-dan açıqlama
“1961-ci il Paris qətliamı" ilə bağlı qərar qəbul edildi - 300 insanın tarixi haqqı tanınacaqmı?
Əli Əsədov peşə təhsili üzrə yeni qərar imzalayıb
Latviya XİN rəhbəri istefa verib
“Azneft”in keçmiş rəhbəri SOCAR-da yeni vəzifəyə təyin edildi
Şərqşünas alimin azərbaycanlıların soyqırımına dair məqaləsi Tehranda çap olunub - FOTOLAR
Vilayət Eyvazov 238 nəfərlə bağlı rəislərə tapşırıq verib, 34 qazi isə polisə işə götürülüb - VİDEO
Sergen Yalçın sevgi hekayəsi ilə yenidən gündəmə gəldi - FOTO