14-03-2018 [20:41]
Ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin saxta-qurama ittihamları ilə həbs edilən bu yaxınlarda isə bəraət alan Mətləb Mustafayev Gununsesi.info vasitəsi ilə Dövlət Təhlükəsizlik Xidmətinin rəisi general-leytenant Mədət Quliyevə müraciət edib.
Sayta açıqlamasında Mətləb Mustafayev ona qarşı açılmış saxta cinayət işinin istintaqını aparmış MTN-nin istintaq Baş İdarəsinin mühüm işlər üzrə müstəntiqi Elşən Murtuzovun DTX-dan uzaqlaşdırılmasını və məsuliyyətə cəlb olunması üçün addım atılmasını xahiş edib: "Mədət Quliyev bu nazirliyi Eldar Mahmudovun çetesindən təmizləsə də orada qalanlar var. Bunlardan biri də Elşən Murtuzovdur. Odur ki, hörmətli Mədət Quliyevin mənim səsimi eşitməsini xahiş edirəm. Bu adam mənə qarşı saxta sübutlar toplayıb. Bu gün mən bəraət almışam. Mənə qarşı edilən bu qanunsuzluğun tam aradan qaldırılması üçün çalışıram.
Bildiyiniz kimi, mən bəraət aldım. Amma hesab edirəm ki, mənə qarşı törədilən cinayətin bütün iştirakçıları məsuliyyətə cəlb olunmalıdır. Bu həbsi Eldar Mahmudova sifariş edən Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin sədri Kərəm Həsənov, istintaq aparan Elşən Murtuzov və prosesin digər iştirakçıları cəzasını almalıdır”.
Qeyd edək ki, həbsdə olan Anti-Terror mərkəzinin sabiq rəisi Elçin Quliyev özünün mçəhkəmə prosesində Mətləb Mustafayevin şərlədiklərini etiraf edib. o, bildirib ki, nazir Eldar Mahmudov bu həbsi prokuorluqlıa razılaşdırdıqdan sonra ona göstərtiş verib: "Biz də onun evinə silah qoyub həbs elədik”.
Onu da xatırladaq ki, Mətləb Mustafayev bir neçə il əvvəl intihar etmiş MTN-nin şöbə rəsinin müavini polkovnik Malik Mustafayevin qardaşıdır.
Mətləb Mustafayev hələ bir neçə ay bundan öncə Gununsesi.info-ya açıqlamasında bildirmişdi ki, onu həbs edərkən qardaşı MTN-də onunla görüşüb və qollarında qandal görməsi ona pis təsir edib: "Məni öz işlədiyi qurumda qolumda qandal görən zaman pıçıltı ilə "30 il xidmət etdiyim orqan mənə xəyanət etdi” demişdi. Mənlə görüşündən sonra gedib özünü asıb”.
Yeri gəmişkən, onu da vurğulayaq ki, müstəntiq Elşən Murtuzovun tək cinayəti bundan ibarət deyil. Belə ki, o, MTN-nin baş redaktorumuz Pərviz Həşimliyə qarşı həyata keçirdiyi cinayətin də iştiakçısı olub. Jurnalistə qarşı saxta-qurama cinayət işinin istintaqına o, rəhbərlik edib.
Gununsesi.info
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Trampın məhkəməsinin qarşısında bir nəfər özünü yandırıb
Mətbuat katibi: "Dörd kəndin Azərbaycana qaytarılması çoxdan gözlənilən tarixi hadisədir"
Buraxılış imtahanının nəticələri elan olunub
Hal şahidləri ilə bağlı qanuna dəyişiklik olub
Uşaqların peyvəndlənməsi barədə əmr imzalanıb
Nazir generalları topladı, yeni tapşırıqlar verdi - DİN-də kollegiya iclası (FOTOLAR)
Qəzzada daha 9 dinc fələstinli həlak olub
İLHAM ƏLİYEV MOSKVADAN SONRA ALMANİYAYA GEDƏCƏK - Tarix bəlli oldu
Universitetin sözçüsü vəzifədən ayrılıb
Prezident İlham Əliyev Rusiyaya gedir
“AzəriMed” QSC-lə bağlı məhkəmə qalmaqalı yaranıb
Partiya sədri özünə yeni müşavir təyin edib
Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı
Keşlədə saxta məhsullar istehsal edən sexlər aşkarlanıb
TOVUZDA ŞOK OLAY: 34 YAŞLI QADIN YANDIRILDI - 22 yaşlı oğlan tərəfindən (YENİLƏNİB)
G7 ölkələrindən rəsmi Bakı və İrəvana çağırış: "Gücdən istifadə etməmək, suverenliyə hörmət..."
Baş prokurorun Çinə işgüzar səfəri başa çatıb
Ceyhun Bayramov Fələstinin Baş naziri ilə telefonda danışdı - Nələr müzakirə olunub?
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır
Azercell Böhran İdarəetmə Qrupu layihəsini elan edir
Onlar pensiyaya daha tez çıxacaq - Yeni qanun
Dövlət Xidmətinin vəzifəli şəxslərinin maaşı artırılır - BU QƏDƏR
Türkiyədə güclü zəlzələ olub
Naxçıvanda yoxlama: 15 iş üzrə materiallar Baş Prokurorluğa və DTX-yə təqdim olunub
Xocavənddə fermada partlayıcı maddələr aşkarlanıb
Sabahın hava proqnozu açıqlanıb
Kirayədə yaşayan BDU-nun tələbəsi özünü öldürüb (Yenilənib)
Hərbi Dəniz Qüvvələri Xəzər dənizində taktiki təlimdə - VİDEO
Premyer Liqası: növbəti turun təqvim və hakim təyinatları açıqlanıb
DEPUTATLAR TOPLANIB: daha 14 məsələ müzakirə olunacaq - SİYAHI
Misli, Topaz... - Azərbaycan futbolunda nə baş verir?
“Yaxşı verilişlərin aparıcılarının "saxlayanı" var” - Kamran Həsənli kimin bostanına daş atır?
Bakının strateji hədəfi və ya rəsmi Moskvanın qərbi azərbaycanlılarla bağlı mesajı - TƏHLİL
Türkiyə səfirliyinin yeni mətbuat katibi Bakıya gəlib
İran İsrailə cavab zərbəsi endirəcək? - ABŞ-ın İsraildəki səfirliyi vətəndaşlarına xəbərdarlıq edib
Əfqan mədənçi böyrəyə görə yandırılıb?
"Olimpiakos"un baş məşqçisi: "Topu "Fənərbağça"ya verib, onları yorduq" - İsmayıl Kartal isə üzr istəyib
Xankəndidə yenidən silah-sursat aşkarlanıb