Qubada Mərkəzi Xəstəxana tikiləcək - Prezident 7.55 milyon manat ayırdı

img

14-03-2018 [19:28]


Bu gün Prezident İlham Əliyev Quba Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam verib.

Mia.az bildirir ki, sərəncama əsasən, Quba Rayon Mərkəzi Xəstəxanasının tikintisinin başa çatdırılması məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22 yanvar tarixli 3593 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.8.15-ci yarımbəndində göstərilmiş məbləğin 7,55 milyon (yeddi milyon beş yüz əlli min) manatı Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə ayrılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR