Əbülfəs Qarayev Yazıçılar Birliyində - Anara “Fəxri diplom” təqdim olundu

img

14-03-2018 [17:34]


Bu gün Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı, görkəmli ədib, ictimai xadim Anarın 80 yaşı tamam olub.

Mia.az xəbər verir ki, Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev Yazıçılar Birliyində "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu”nu yubilyara təqdim edib.

Anarın şəxsiyyəti və yaradıcılığı haqqında söz açan Ə.Qarayev onu yubileyi münasibətilə təbrik edib, cansağlığı, uzun ömür və yeni yaradıcılıq uğurları arzu edib. Xalq yazıçısının yaradıcılığından bəhs edən nazir onu həm nasir və dramaturq, həm də ictimai xadim kimi fenomen şəxsiyyət adlandırıb. Qeyd edib ki, Anar Azərbaycan ədəbiyyatının canlı tarixidir. Onun ədəbi və ictimai fəaliyyəti həmişə Azərbaycan dövlətçiliyinin, milliliyinin təbliğinə yönəlib. Buna görə də Xalq yazıçısının yubileyi nəinki Azərbaycanda, həmçinin ölkəmizin hüdudlarından kənarda geniş şəkildə qeyd ediləcək.

Görüşdə bir sıra təkliflər irəli sürülüb. Ə.Qarayev yaxın zamanda Göyçayda ədəbiyyat günlərinin keçirilməsini təklif edib.

Xalq yazıçısı dövlət başçısının onu təltif etməsinə və yubileyi münasibətilə təbrik məktubu ünvanlanmasına görə dərin minnətdarlığını ifadə edib.

Mərasimdə nazirin birinci müavini Vaqif Əliyev, Yazıçılar Birliyinin katibləri iştirak ediblər.

Digər xəbərlər
SON XƏBƏRLƏR