Oqtay Əsədov Binəli Yıldırımla bir arada: "Türk dünyası inkişaf edəndə, bir çoxları bundan narahat olur"

img

14-03-2018 [17:17]


 "Azərbaycan-Türkiyə əlaqələri bütün sahələrdə inkişaf edib. İki ölkə arasında 213-dən çox sənəd imzalanıb. Arzu edirik ki, bundan sonra da əlaqələrimiz daha da inkişaf edəcək”.

"Report”un xəbərinə görə, bunu Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov Türkiyənin Baş naziri Binəli Yıldırımla görüşü zamanı deyib.

Azərbaycan parlamentinin sədri qeyd edib ki, türk dünyası inkişaf edəndə, bir çoxları bundan narahat olurlar: "Əslində inkişafa sevinmək lazımdır. Amma onlar hələ çox narahat olacaqlar. Türk dünyasının inkişafı üçün bütün imkanlar var”.

"Güclü Türkiyə və güclü Azərbaycan bölgənin təhlükəsizliyinin təminatçısı olacaq”.

Bunu isə Türkiyənin baş naziri Binəli Yıldırım Milli Məclisdə parlament sədri Oqtay Əsədovla keçirdiyi görüş zamanı deyib.

"Azərbaycanın Dağlıq Qarabağ məsələsi, təəssüf ki, qanayan bir yaradır. Bunun bir zaman düzələcəyinə əminəm. Türkiyə hər zaman Azərbaycanın yanındadır", - deyə B.Yıldırım əlavə edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR