Türk ordusu Afrində daha 8 kəndi PYD/YPG-dən təmizlədi - Mərkəzdə isə hər küçədə şiddətli döyüşlər gedir

img

14-03-2018 [17:01]


Türkiyə ordusu Azad Suriya Ordusu ilə birgə Afrin şəhər mərkəzinə daxil olub, bir çox küçələrdə PYD/YPG qüvvələri ilə şiddətli döyüşlər gedir.

Mia.az Türkiyə mətbuatına istinadən xəbər verir ki,  ordu artıq bir neçə məhəlləni terrorçulardan azad edib: "PYD/YPG terrorçuları ilə orduya hər küçə uğrunda çox şiddətli müqavimət göstərir.  Buna baxmayaraq, ordu səbrli və inamlı şəkildə irəliləyir".

Məlumatda o da deyilir ki, Afrin mərkəzi ilə yanaşı, ətraf bölgələrdə də PYD-yə qarşı savaş davam edir: "Bu gün Afrində daha 8 kənd  Kori Gul, Şadir, Çolağan, Göz, Marratah, Şatiyan, Yuxarı Kaferdel və Quran kəndləri azad edilib".

Onu da qeyd edək ki, Ərdoğan bu gün Afrin mərkəzinin ələ keçirilmə ehtimalının yüksək olduğunu bəyan edib.

Mia.az

Digər xəbərlər
SON XƏBƏRLƏR