ikinci el eşya alanlar Ücretsiz php Script indir film izle hd film izle aksiyon filmi izle Backlink satış karasu satılık daire shell indir md5 cracker r57 shell indir hacklink satışı Hack forumu Hack forumu PDO Kullanımı Warez Mavi orkide "Döyüş meydanında Ermənistanı ən qısa zamanda darmadağın edərik" - Polkovnik - mia.az
Şriftin ölçüsü / 933 dəfə oxunub

"Döyüş meydanında Ermənistanı ən qısa zamanda darmadağın edərik" - Polkovnik

14 Mart 2018 [16:02]
"Ordumuzun keçirdiyi təlimlər Ermənistanda narahatlıqla qarşılanır və bu, təbiidir".

Bu sözləri Horadiz əməliyyatının komandiri, ehtiyatda olan polkovnik Şair Ramaldanov Azvision.az-a danışarkən bildirib.

Polkovnik qeyd edib ki, Azərbaycan Ordusunun təlimləri Qarabağda ola biləcək döyüşə uyğun şəkildə həyata keçirilir:

"Biz işğalçı Ermənistanla müharibə şəraitindəyik. Ona görə də təlimlər Qarabağda ola biləcək döyüş şəraitinə uyğun formada keçirilir. Təlimlər döyüş hazırlığının ən üst pilləsidir və burada mütəxəssislərin bacarığı yoxlanılır. Döyüşün təşkili, planlaşdırılması, idarəedilməsi ilə bağlı məsələlər yoxlanılır. Bu təlimlərdən o tərəfi döyüşdür. Bu gün hər bir dövlətin irimiqyaslı təlim keçirmək imkanı yoxdur. Burada həddindən çox vəsait tələb olunur. Azərbaycanın iqtisadi gücü buna imkan verir. Döyüş hazırlığının yüksəldilməsi baxımından belə təlimlər vacibdir”.

Ramaldanov vurğulayıb ki, təlimlər daim qorxu və narahatlıq içində olan düşmənin yuxusuna haram qatıb: "Təlimlər bir tərəfdən döyüş qabiliyyətinin artırılması üçün keçirilirsə, digər tərəfdən düşmənə gücün, professionallığın nümayişidir. Onlara bir daha göstərilir ki, sabah müharibə olacağı təqdirdə ən müasir silahlarla silahlanmış Azərbaycan ordusu düşməni darmadağın edəcək. Azərbaycan döyüş meydanında Ermənistanla tək qalarsa, ordumuz ən qısa zamanda işğalçı qüvvələri darmadağın etməyə qadiridir. Bu fikirlər daim erməni əsgərlərinin valideynlərinin qulağında cingildəyir. Bu bir daha onlara göstərir ki, sabah onları nə gözləyir”.

Ehtiyatda olan polkovnik diqqətə çatdırıb ki, Ermənistan son iki ildə 124 milyon dollarlıq silah aldığı halda, Azərbaycan 551 milyon dollarlıq silah əldə edib: "Daim ordumuz müasir silahlarla təmin olunur. Bu yaxınlarda yeni texnikalar nümayiş etdirildi. Bir sıra yeni silahlardan bu təlimlərdə də istifadə olunacaq. Həm texnikanın döyüş qabiliyyəti praktiki olaraq yoxlanılacaq, həm də onları idarə edən şəxsi heyətin bacarığı daha təkmilləşdiriləcək. Müasir texnikaları görən düşmənin narahatlığını daha da artır. Bu, bir daha Azərbaycanın silahlanma imkanlarını göstərir. Müasir silahlar Azərbaycan Silahlı Qüvvələrinin inkişafını və gücünü bir daha sübut edir. Bununla bərabər yüksək peşəkar hərbçilərimiz də bu məsələlərdə öz sözünü deyir. Professional şəxsi heyətlə 1 il xidmət edən erməni əsgərini müqayisə etmək olmaz. Hərbçilərimizin gündən-günə artan peşəkarlığı və müasir silahlarımız gələcək Qarabağ savaşında öz nəticəsini verəcək. Azərbaycan torpaqları işğaldan azad ediləcək”.

Ermənistan tərəfinin keçirdiyi təlimlərə gəlincə, Ş.Ramaldanov bunun planlı şəkildə aparıldığını deyib: "Hazırda təlimlərin çox olan vaxtıdır. Həmçinin praktikada da var ki, bir tərəf təlim keçəndə, digər tərəf də həmin istiqamətdə təlimlər keçirir. Amma sözsüz ki, onlar tərəfində narahatlıq olduğunu bilirik”.

Qeyd edək ki, Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təsdiq etdiyi plana əsasən martın 12-dən müxtəlif qoşun növləri, qismləri, birlik və birləşmələrin iştirakı ilə genişmiqyaslı təlimlər başlayıb.

Təlimlərə 25.000 nəfərədək şəxsi heyət, 250-dək tank və digər zirehli texnika, 1000-dək müxtəlif çaplı raket və artilleriya qurğusu, reaktiv yaylım atəş sistemi və minaatan, 50-dək müxtəlif təyinatlı ordu və cəbhə aviasiyası cəlb olunub.

Təlimlər martın 17-dək davam edəcək.


ikinci el eşya alanlar Ücretsiz php Script indir film izle hd film izle aksiyon filmi izle Backlink satış karasu satılık daire shell indir md5 cracker r57 shell indir hacklink satışı Hack forumu Hack forumu PDO Kullanımı Warez Mavi orkide
SON XƏBƏRLƏR