Çavuşoğlu Lavrovla birgə brifinqdə mesaj verdi: "Amerika bəzi ölkələrə, regionlardakı bəzi problemlərə yuxarıdan baxır"

img

14-03-2018 [15:32]


 "ABŞ dövlət katibinin dəyişməsi martın 19-da Vaşinqtonda planlaşdırılan ABŞ və Türkiyə xarici siyasət qurumlarının rəhbərləri arasındakı danışıqları sual altına qoyur."

Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu rusiyalı həmkarı Sergey Lavrovla görüşdən sonra keçirilən brifinqdə deyib.

Nazir bildirib ki, Reks Tillerson Türkiyə-Amerika münasibətlərinin mürəkkəb dövründə vəzifəni tərk etdi: "Biz onunla, həqiqətən, çətin şəraitdə çalışmışıq, amma hər halda dialoqu davam etdirmişik."

Onun sözlərinə görə, Türkiyə qarşılıqlı hörmət əsasında ABŞ ilə dialoqu davam etdirmək istəyir: "Dövlət katibinin kim olacağı bizim üçün əhəmiyyətli deyil, amma bu vəzifəyə gələn şəxs maraq və fikirlərimizə hörmətlə yanaşmalıdır. Amerika bəzi ölkələrə, regionlardakı bəzi problemlərə yuxarıdan baxır."

Report.az

Digər xəbərlər
SON XƏBƏRLƏR