Daxili İşlər Nazirliyindən 10 yaşlı uşağın qardaşını güllələməsinə reaksiya: "Vəziyyəti qənaətbəxşdir"

img

14-03-2018 [13:51]


Xəbər verdiyimiz kimi, Xaçmaz rayonunda 10 yaşlı E.Şıxıyev tüfənglə ehtiyatsız davrandığından açılmış atəşlə 4 yaşlı qardaşına xəsarət yetirib.

Hadisə ilə bağlı Daxili İşlər Nazirliyindən verilən məlumata görə, hadisə martın 13-də Xaçmaz rayonunun İlxıcı kəndində baş verib: "Kənd sakini, 10 yaşlı E.Şıxıyev yaşadığı evdə tüfənglə ehtiyatsız davrandığından açılmış atəşlə qardaşı, 13 yaşlı Rəvanın bud nahiyəsinə xəsarət yetirib. Xəstəxanaya yerləşdirilmiş yaralının vəziyyəti qənaətbəxşdir. Xaçmaz RPŞ-nin əməkdaşalrı tərəfindən hadisə yerindən müvafiq sənədləri olmayan "TOZ-20” markalı ov tüfəngi və giliz götürülüb".

Mia.az

Digər xəbərlər
SON XƏBƏRLƏR