"Halallıq göstəricisi və halal standartın olması təhlükəsizlik göstəricisi deyil" - Rəsmi xəbərdarlıq

img

14-03-2018 [13:40]


 "Halallıq göstəricisi və halal standartın olması təhlükəsizlik göstəricisi deyil". 

Bunu Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli bəzi qida məhsullarına halallıq sertifikatlarının verilməsi ilə bağlı səsləndirilən fikirlərə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, bu cür fikirlər sahibkarlar və əhali arasında yanlış təəssürat yaradır: "Halallıq göstəricisinin alınması könüllülük əsasında formalaşır. Hansısa bir sahibkar istənilən quruma müraciət edərək halal sertifikatını almaqla məhsullar istehsal edə bilər. Agentliyimiz halallıq sertifikatını vermək hüququna malik deyil". 

Report

Digər xəbərlər
SON XƏBƏRLƏR