ikinci el eşya alanlar Ücretsiz php Script indir film izle hd film izle aksiyon filmi izle Backlink satış karasu satılık daire shell indir md5 cracker r57 shell indir hacklink satışı Hack forumu Hack forumu PDO Kullanımı Warez Mavi orkide Tramp istefaya göndərdiyi Tillersonu köhnə salat yeməyə məcbur edib: "Reks, salatı ye" - mia.az
Şriftin ölçüsü / 485 dəfə oxunub

Tramp istefaya göndərdiyi Tillersonu köhnə salat yeməyə məcbur edib: "Reks, salatı ye"

14 Mart 2018 [12:33]
ABŞ Prezidenti Donald Tramp Çində görüş zamanı iştirakçıların xətirinə dəyməmək üçün həmin vaxt dövlət katibi vəzifəsində olan Reks Tillersona köhnəlmiş Sezar salatını yemək göstərişi verib. 

Bu barədə "Report" RİA "Novosti"yə istinadən xəbər verir.

"Wall Street Journal"ın yazdığına görə, hadisə D.Tramp və R.Tillersonun Asiya turu çərçivəsində Çin parlamentində təşkil edilmiş qəbul zamanı baş verib. Salatın yeyilməməsinin çinlilərin xətirinə dəyə biləcəyindən narahat olan Prezident D.Tramp dövlət katibini yeməyə başlamağa çağırıb.

Nəşr Amerika prezidentinin "Reks, salatı ye" sözlərini sitat gətirib.

Qeyd edək ki, dünən Donald Tramp dövlət katibi Reks Tillersonu vəzifəsindən azad edib və bu vəzifəyə MKİ-nin direktoru Mayk Pompeonun namizədliyini irəli sürüb. Dövlət katibi vəzifəsini müvəqqəti olaraq Jon Sallivan yerinə yetirəcək.


ikinci el eşya alanlar Ücretsiz php Script indir film izle hd film izle aksiyon filmi izle Backlink satış karasu satılık daire shell indir md5 cracker r57 shell indir hacklink satışı Hack forumu Hack forumu PDO Kullanımı Warez Mavi orkide
SON XƏBƏRLƏR