İcra başçısı sakinlərlə görüşüb, idarə rəhbərlərinə tapşırıqlar verib - FOTOLAR

img

14-03-2018 [12:07]


Qaradağ Rayon İcra Hakimiyyəti başçısı Süleyman Mikayılovun Səngəçal qəsəbə sakinləri ilə növbəti səyyar görüşü keçirilib.

İcra Hakimiyyətindən Mia.az-a verilən məlumata görə, görüşdə rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon İcra Hakimiyyətinin məsul işçiləri, rayon təsərrüfat sahələrinin rəhbərləri iştirak ediblər.

Qəbulda 100-dən çox qəsəbədə sakinləri iştirak edib.

Görüşə gəlmiş qəsəbə ağsaqqalları qəsəbə ərazisində görülən işlərə görə öz təşəkkürlərini bildirmiş, qəsəbənin, eləcə də qəsəbə sakinlərinin ümumi problemləri haqqında geniş danışıblar.

Qəsəbə sakinlərindən 11 nəfəri fərdi qaydada dinlənilib. Sakinlərini narahat edən problemləri dinlənildikdən sonra onların həlli istiqamətində aidiyyəti üzrə rayonun idarə rəhbərlərinə müvafiq tapşırıqlar verilib.

Daha sonra qəsəbə sakinlərinə Prezident İlham Əliyev tərəfindən imzalanan "2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı" çərçivəsində qəsəbə ərazisində görüləcək işlər barədə ətraflı məlumat verilib.




Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR