Dünyanın məhv olacağını iddia edən dahi fizik öldü - Stiven Hokinq kim olub?

img

14-03-2018 [09:39]


Dünyaca məşhur ingilis fiziki Stiven Hokinq 76 yaşında vəfat edib.

Mia.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə onun ailəsi yazılı açıqlama yayıb.

Qeyd edək ki, məşhur alim uzun illər iflic xəstəliyindən əziyyət çəkirdi. 1963-də 22 yaşlı Hokinqə çəp amioptrofik skleroz (ÇAS) diaqnozu qoyulmuşdu. Həkimlər hesab edirdilər ki, onun 2-3 il ömrü qalıb. Amma proqnozlar doğrulmadı, alim elmi işini davam etdirdi, iki dəfə ailə qurdu və üç uşaq atası oldu.

Hətta tam iflic olan Hokinq fəal həyat sürüb – dünya ilə kompüter nitq sentezatoru vasitəsilə təmasa girərək elmlə məşğul olub, dərs deyib, məruzələrlə çıxış edib.

Bədən hərəkəti və dili tutulan Hokinq haqda bir çox dünya alimləri deyib ki, o, yer üzünə gəlmiş-getmiş ən dahi fizikdir. Ömrü əlil arabasında keçən dahi alimin yazılı səs qurğuları ilə ünsiyyət qurması da faktdır.

Onu da xatırladaq ki, Hokinq fizik-nəzəriyyəçi, məşhur elm populyarlaşdırıcısı və 10 milyon tirajla satılmış "Zamanın qısa tarixi” kitabının da müəllifidir. O, kosmoloji sinqulyarlığın (fasiləsiz genişlənmənin) meydana çıxması problemini – Kainatın ilkin vəziyyətini araşdırmaqla məşğul idi.

2015-ci ildə alimin həyatından danışan "Stiven Hokinqin Kainatı” filmi (Britaniya) çəkilib.

Dahi fizikin maraqlı bir iddiası da vardı. O bildirirdi ki. yer üzü 2600-cı ildə məhv olacaq.

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR