Bakıda bu yollar 3 gün bağlı olacaq - SİYAHI

img

13-03-2018 [22:49]


Paytaxtın Yasamal rayonunun keçmiş "Sovetski" ərazisində aparılan abadlıq və yenidənqurma işləri ilə əlaqədar olaraq 14, 15, 16 mart tarixlərində gecə saat 00:00-dan səhər saat 06:00-a qədər Ş.Qurbanov küçəsinin S.Əsgərova küçəsi ilə kəsişməsindən M.Füzuli küçəsinə qədər, M.Füzuli küçəsinin Ş.Qurbanov küçəsi ilə kəsişməsindən N.Nərimanov prospektinə qədər olan hissəsində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıacaq.

Bu barədə Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.

Sürücülərə alternativ olaraq B.Məcidov küçəsi və N.Nərimanov prospektindən istifadə etmələri tövsiyə edilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR