"Ordu artıq Afrin şəhərinə girdi..." - Ərdoğan əməliyyatın bitmə siqnalını verdi

img

13-03-2018 [20:52]


"Biz Afrini həqiqi sahiblərinə təhvil vermək üçün artıq şəhər mərkəzinə daxil olduq”.

Mia.az xəbər verir ki, bunu Türkiyə prezidenti Ərdoğan deyib.

Onun sözlərinə görə, Türkiyə ordusunun Afrində apardığı əməliyyat ölkənin milli təhlükəsizliyi ilə bağlıdır: "İndi Afrində dinc sakinlərdən qalxan kimi istifadə edən terrorçuların əsl üzü ortaya çıxır. Afrinin mərkəzinə girdik və davam edirik. Şəhəri terrorçulardan təmizləyib, əsl sahiblərinə təhvil verəcəyik".

Ərdoğan onu da bildirib ki, az öncə aldığı məlumata görə, Afrində 3400 terrorçu məhv edilib.

Mia.az



Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR