13-03-2018 [19:15]
ATƏT Parlament Assambleyasının (PA) İpək Yoluna Dəstək Qrupunun Bakıda keçirilən beynəlxalq konfransında Bakı Bəyannaməsi qəbul olunub.
Bakı Bəyannaməsində deyilir:
"Biz ATƏT Parlament Assambleyasının (PA) İpək Yoluna Dəstək Qrupunun və Azərbaycan Milli Məclisinin birgə təşkilatçılığı ilə martın 13-14-də Bakıda keçirilən "İpək Yolu boyunca iqtisadi əməkdaşlığın və mədəni əlaqələrin inkişafında parlamentüzvlərinin rolu” mövzusunda beynəlxalq konfransın iştirakçıları, qədim İpək Yolunun bərpasının əhəmiyyətini, mövcud nəqliyyat dəhlizlərinin səmərəli istismarının, "Müasir İpək Yolu” vasitəsilə sərnişinlərin, malların və xidmətlərin sərbəst və təhlükəsizhərəkətinin ATƏT regionu ölkələrinin milli maraqlarına və davamlı iqtisadi inkişaf məqsədlərinə uyğunluğunu nəzərə alaraq, qədim ipək yolu boyunca yerləşənvə həmin yolun bərpasından faydalana bilən ölkələr arasında iqtisadi, ticarət, nəqliyyat, sosial və mədəni əlaqələrin inkişafı və möhkəmləndirilməsi üçün hökumətlərin göstərdikləri səyləri dəstəkləməyin vacibliyini qeyd edərək, Helsinki Yekun Aktının prinsiplərinə uyğun olaraq ATƏT regionunda sülhün, təhlükəsizliyin və insan hüquqlarının qorunmasına, davamlı inkişafın və sosial rifahıntəmin olunmasına yönələn layihələrin, o cümlədən qədim İpək Yolunun bərpası layihəsinin həyata keçirilməsinə parlament üzvlərinin köməyinin əhəmiyyətini anlayaraq aşağıdakıları bəyan edirik:
1.Qədim İpək Yolunun bərpası üçün hökumətlərin göstərdikləri səyləri bütünlüklə dəstəkləyirik;
2.İpək Yoluna Dəstək Qrupunun üzvü olan deputatların təmsil etdikləri ölkələrin iqtsadi subyektləri, o cümlədən biznes qurumları arasında əməkdaşlığın genişləndirilməsinə və təşviqinə töhfə verməyə çalışacağıq;
3.Davamlı, təhlükəsiz və çevik nəqliyyat dəhlizlərinin inkişafı və funksionallığının artması üçün hökumətlərin göstərdikləri səyləri dəstəkləyəcək, bu sahədə qabaqcıl təcrübənin öyrənilməsinə və yayılmasına kömək edəcəyik;
4.Hökumətləri Avropa və Asiya qitələrini birləşdirən qədim İpək Yolunun bərpası çərçivəsində nəqliyyat dəhlizlərinin, tranzit şəbəkələrinin və logistika infrastrukturlarının inkişafına ümdə əhəmiyyət verməyə çağırırıq;
5.İpək Yoluna Dəstək Qrupunun üzvü olan deputatların təmsil etdikləri ölkələr arasında mədəni əlaqələrin, qarşılıqlı anlaşmanın və dialoqun gücləndirilməsi sahəsində irəli sürülən təşəbbüsləri dəstəkləyirik;
6.İpək Yoluna Dəstək Qrupunun növbəti tədbirlərinə evsahibliyi etmək üçün müraciət edən Belarus, Gürcüstan və İsveçrə nümayəndə heyətlərinin təşəbbüslərini alqışlayırıq”.
Xatırladaq ki, ATƏT PA-nın İpək Yoluna Dəstək Qrupu 2017-ci il iyul ayının 8-də Azay Quliyevin təşəbbüsü ilə Parlament Assambleyasının Minskdə keçirilən yay sessiyası çərçivəsində təsis edilib. Bu təşəbbüs 17 ölkə - Azərbaycan, Albaniya, Belarus, Bosniya və Herseqovina, Bolqarıstan, Xorvatiya, Gürcüstan, Qırğızıstan, Monqolustan, Monteneqro, Rumıniya, Serbiya, İsveçrə, İspaniya, Tacikistan, Türkiyə və Ukrayna tərəfindən dəstəklənib və qrup həmin ölkələrin ATƏT PA-dakı nümayəndə heyətlərinin imzası ilə rəsmən yaradılıb. Avstriya, Polşa və Makedoniyanın qrupa daxil olması ilə İpək Yoluna Dəstək Qrupuna üzv ölkələrin sayı 20-yə çatıb/Report.
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
"Trabzonspor" rəqibini 3 qolla keçib
Gədəbəy rayon sakini Gəncədə bıçaqlandı
Əli Əsədov daha bir qərar imzaladı
İlham Əliyevlə Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılışında - FOTOLAR
Dövlət Aqrar Kolleci publik hüquqi şəxs yaradılıb - Hökumətdən qərar
Şuşaya ilkin mərhələdə 50 ailə köçürüləcək
Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilib
Spiker 830 min manatlıq kompüter alır: mağazalardakı satışdan niyə baha alınır? - DETALLAR AÇIQLANDI (FOTOLAR, Yenilənib)
“Nar” voleybol üzrə ölkə çempionlarını təbrik edir - FOTOLAR
Türkiyənin ilk astronavtı Azərbaycana gələcək
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Bülent Uyğun: "Avrokuboklara getmək şansımız çox yüksəkdir”
Sabiq nazir 75 yaşında vəfat edib
Sabiq icra başçısı yenidən hakim qarşısında - İki şirkətin üzərindən həbs götürüldü
Konqoda "meymun çiçəyi" virusu yayılıb - Xəbərdarlıq
Türkiyədə daha bir terrorçu tutulub
Qəzzada savaşın 201-ci günü: daha 79 dinc sakin həılak olub
Tanınmış vəkil partiya sədri olmaq istəyir
İlham Əliyevlə Qırğızıstan prezidenti görüşdü, sənədlər imzalandı - Bakıda + FOTOLAR (Yenilənib)
MƏŞHUR PROFESSOR ÖZÜNÜ GÜLLƏLƏYƏRƏK ÖLDÜRÜB - Rəsmi açıqlama yayıdı
İsrail ordusu Livanın cənubunu bombalayıb
Şimali Koreya İrana böyük heyət göndərib
Prezident qırğızıstanlı həmkarını COP29-a dəvət edib
İordan çayının qərb sahilində həbslər davam edir
Xəzər dənizində birgə təlimlər başlayıb
PREZİDENT GENERALLA BAĞLI SƏRƏNCAM İMZALADI
YAP-çı deputat Rəsul Quliyevin elə müdafiəsinə qalxdı ki... - Eks-spiker "altdan işləyir?"
Bu ölkə Fələstini rəsmən dövlət kimi tanıdı
Eldar Əzizov Müsavata "hə" dedi - Partiya qurultaya hazırlaşır
Aysun İsmayılova: “Çox şıltaq və pozitiv insanam, amma..."
Rasim Balayev: "Məni aşağıladılar, ailəmə yaxın adam..." - MÜSAHİBƏ
Sabah hava necə olacaq? - Proqnoz
İzmirdə PKK/KCK əməliyyatı: 6 nəfər saxlanılıb
Xankəndidə yenə silah-sursat tapılıb
AMEA-da yeni şöbələr yaradılıb - Təyinatlar olub
İstanbulda FETÖ əməliyyatı: daha 13 nəfər tutulub
Ticarətçı: "Deputat olmaq istəmirəm"