"İran Azərbaycanda özəl xəstəxanalardan birinin idarəetməsini həyata keçirəcək" - Nazir

img

13-03-2018 [15:54]


İran Azərbaycanda özəl xəstəxanalardan birinin idarəetməsini həyata keçirəcək.

Bunu Tehranda səfərdə olan Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev deyib.

Nazir bildirib ki, Azərbaycan İranla səhiyyə sahəsində əməkdaşlığı inkişaf etdirir: "Əminəm ki, bu layihə yaxın zamanlarda başa çatacaq”.

Ş.Mustafayev həmçinin əlavə edib ki, ölkələr digər sahələrdə də fəal əməkdaşlıq edir:

"Bizim kənd təsərrüfatı sahəsində yaxşı əlaqələrimiz var. Bundan başqa biz ölkəmizdə avtobus və kənd təsərrüfatı texnikasının istehsalının təşkil olunması üçün İran tərəfinə şərait yaratmaq istəyirik”.

Trend

Digər xəbərlər
SON XƏBƏRLƏR