Şriftin ölçüsü / 377 dəfə oxunub

Türkiyə polisi Naxçıvanla sərhəddə əməliyyat keçirib, 40 nəfər tutulub

13 Mart 2018 [14:13]
Türkiyə ilə Naxçıvan Muxtar Respublikası arasındakı Dilucu gömrük-keçid məntəqəsində polisin keçirdiyi əməliyyat nəticəsində 40 nəfər şübhəli tutulub.

"Report” "Haber7”yə istinadən xəbər verir ki, onlar rüşvət almaqda şübhəli bilinirlər.

Türkiyə polisi həmin şəxslərin evlərində eyni vaxtda axtarış aparıb. Onlar saxta ixracat, fırıldaqçılıq, rüşvətxorluq və qaçaqmalçılıqda ittiham olunurlar. 

Şübhəlilər ədliyyə orqanına təhvil veriliblər. 


SON XƏBƏRLƏR