12-03-2018 [19:16]
"Dünyamızı qaçqın-köçkün, miqrant problemləri, eləcə də islamofobiya, ksenofobiya və ikili standartlar kimi məsələlər narahat edir.Dünyada baş verən bu qlobal problemlərin əksinə bu gün Azərbaycanda tam təhlükəsizlik və ictimai-siyasi sabitlik mövcuddur”. Bunu "Bizim Planet” verilişinin keçən həftəki buraxılışında politoloq Rufiz Qonaqov vurğulayıb.
Millət vəkili, siyasi elmlər doktoru Elman Nəsirov və millət vəkili, Avropa İttifaqı Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin həmsədri Cavanşir Feyziyevin iştirak etdiyi müzakirələr zamanı dünyadakı qlobal siyasi-ictimai problemlər, onların yaranma səbəbləri və bütün bu məslələrin əksinə öz dövlətçilik prinsipləri ilə qurulan Azərbaycan siyasi modelindən danılışılıb.
Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin rəhbəri, politoloq Rufiz Qonaqov son dövrlərdə Avropada hökm sürən islamofobiya, ksenofobiya məsələlərini xüsusi qeyd edib. Politoloq ötən həftə Almaniyada məscidə qarşı törədilən vandalizm, Bremendəki "Fateh” məscidinin divarlarına islamofob və ksenofob şüarların yazılması, bununla belə 2017-ci ildən bu yana Almaniyada müsəlmanlara və məscidlərə qarşı azı 950 hücum faktının qeydə alınmasını tamaşaçıların diqqətinə çatdırıb. Verilişdə bildirilib ki, digər bir tərəfdən qaçqın-köçkün və miqrant problemlərini "həll etməyə” çalışan Avropanın qaçqınların qəbulu ilə bağlı siyasətini tənqid edən etiraz dalğalarının çoxalması göstərir ki, Avropanın özünün yaratdığı vəziyyətə dünya və eləcə də öz xalqları qarşısında cavab vermə iqtidarı yoxdur.
Avropada uzun illərdir mövcud olan bu problemlərin müzakirəsində iştirak edən Avropa İttifaqı Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin həmsədri Cavanşir Feyziyev vurğulayıb: "2008-ci ildən Avropa ölkələrində başlayan böhran bir çox çətinliklər ortaya çıxartdı. Təbii ki, bu ölkələrdə mövcud olan siyasi partiyalar öz mövqelərini ortaya qoymaq üçün bir sıra vədlərlə çıxış etməyə başladılar. Verilən bu vədlərin zamanında yerinə yetirilməməsi cəmiyyətdə çaşqınlıq yaratdı”.
Veriliş boyu sözü geden məslələrin yaranma səbəbləri və nəticələri ilə bağlı fikir mübadiləsində millət vəkili Elman Nəsirov bildirib ki, dünyada səbəbsiz heç nə yoxudur. "Bəli, dünyamızda belə qorxulu tendensiyaların yaranmasında bir səbəb beynəlxalq hüququn düzgün işləməməsidir. Əgər hüquq və güc birləşsə belə problemlər olmaz. Beynəlxalq hüququn düzgün tətbiq edilməsi dünyanın siyasi nəbzini dəyişə bilər”. –deyə siyasi elmlər doktoru vurğulayıb.
Politloq Rufiz Qonaqov Yaxın Şərqdə "Ərəb baharı” siyasi imicinin yaranmasını diqqətə çəkərək bildirib ki, Avropanın bu addımından sonra ərəb ölkələrində ictimai-siyasi sabitlik pozulmağa, islamofobiya kimi hallar çoxalmağa başladı ki, bu da Azərbaycan, Cənubi Qafqaz və digər regionlara da təsir etməyə bilməz.
Bildirilib ki, "Ərəb baharı” siyasəti ərəb sivilizasiyası və mədəniyyətindən xəbəri olmayanlar tərəfindən yazılan bir ssenaridir ki, bu gün ərəb dövlətlərinin dağılmasına, çoxlu inasanların məhv olmasına səbəb olub. Eləcə də Dağlıq Qarabağ münaqişəsinin həllində nə Amerika, nə də Avropa demokratik yanaşmır. Sözdə haqlı tərəfi müdafiə edən beynəlxalq təşkilatların son sözü "öz aranızda həll edin” olur. Öz üzərlərinə götürdükləri öhdəlikləri yaradan da, pozan da özləridir.
İraqda kürd dövlətinin yaranmasına, Kataloniyanın müstəqillik əldə etməsinə dərhal obyektiv yanaşan Avropa Birliyi və beynəlxalq təşkilatlar necə olur ki, bəs 26 ildir mövcud olan Azərbaycan-Ermənistan münaqişəsnin həllinə bu qədər səbr edir və dözür? Bütün bunların bir səbəbi də Amerika və Avropanın birgə siyasəti, ikili standartlar və beynəlxaq hüququn düzgün qurulmamasıdır.
Verilişdə qeyd olunub ki, dünyada baş verən qlobal problemlərin əksinə Azərbaycanda bu gün tam təhlükəsizlik və ictimai-siyasi sabitlik mövcuddur. Burada yaşayan müxtəlif xalqlara, dinlərə qarşı tolerantlıq, multikulturialist dəyərlər sarsılmaz siyasətlə həyata keçirilir. Dövlətin yürütdüyü uğurlu siyasət özünün qaçqın və məcburi köçkün məsələlərinin həlli, eləcə də ikili standartlara baxmayaraq Dağlıq Qarabağ münaqişəsində ortaya qoyduğu qətiyyətli mövqeyi, güclü iqtisadiyyatı və artmaqda olan nüfuzu dünyanın bir sıra ölkələrini narahat edir.
Bildirilib ki, Aərbyacanın kiçik bir ölkə olmasına baxmayaraq qısa zamanda regionun lider dövlərinə çevrilərək müxtəlif sahələrdə dünya əhəmiyyətli tədbirlərə ev sahibliyi etməsi, özünün deyil dünyanın problemlərinin həllinə yönələn beynəlxalq konfransların və tədbirlərin təşkilinə ev sahibliyi etməsi sübut edir ki, Azərbaycan dünyanın diqqət mərkəzindədir və dünyaya tövhə verən bir ölkə kimi tanınır.
Vurğulanıb ki, milli dövlətçilik mövqeyindən bir addım da kənara çıxmayan dövlət siyasəti əminliklə özünün "Azərbaycan modeli”ni yaradaraq dünya ölkələrini də bu siyasətə, sülhə, dostluğa və qardaşlığa səsələyir. Qeyd edilib ki, Azərbaycan bu mövqeyindən gələcəkdə də hər zaman uğurla çıxış edəcəkdir.
Ağ Yol İnformasiya Agentliyinin mətbuat katibi Aysel Abbasova
"Fənərbağça" bu futbolçuya qapnı göstərdi: "Özünə yeni klub tap!"
Yunanıstanda güclü zəlzələ olub - 5,8 bal gücündə
Üzərinə həbs qoyulmuş əmlaklar... - Yeni qaydalar müəyyənləşib
Bu qanunu pozanlar cəzalandırılacaq - Detallar
Yeni tiklilərə su necə veriləcək? - Qanun dəyişdi
"Bavariya" Arda Güləri transfer etmək istəyir
Daha 163 dövlət əmlakı hərraca çıxarılıb
Deputatlar toplanıb: daha 21 məsələ müzakirəyə çıxarılıb - SİYAHI
YOXSULLUQ və YOXSULLAR
"İncə səhər" verilişində qalmaqallı rəqs...- VİDEO
İsrail Hələb hava limanını bombalayıb - Xeyli ölən və yaralanan var
Jurnalist İdrak Camalbəyli qəfil vəfat etdi
Ombudsman bəyanat yayıb - MƏTN
Türk aktyor COVİD-ə yoluxub - Filmin çəkilişi təxirə salınıb
Qəzzada bir ev vuruldu: 13 nəfər həlak olub, yaralılar var
İstanbulda nəhəng xalça fabriki yanıb - FOTOLAR
Qazaxda əməliyyat: Şöhrət Orucov saxlanılıb
Füzuli şəhərinə daha 138 nəfər köçürülüb
Azərbaycan neftinin qiyməti 90 dollara çatır
Professor Tufan Axundov vəfat edib
XİN başçısı: "Putin bu qüsuru gizlətməyə çalışır"
Roma Papası 12 qadın dustağın ayağını yudu və öpdü - FOTO
İsrail Dəməşqi yenidən vurub - Yaralılar var
İtaliya XİN başçısı İsrailə çağırış edib: "Rəfaha girməyin" - "İki dövlət modeli üçün çalışırıq"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Ramazanın 19-cu günü: imsak və iftar vaxtları
"Hesab məlumatlarınızı tanımadığınız şəxslərlə paylaşmayın” - DİN sözçüsündən xəbərdqarlıq
Rəsul Bağırov BMT-nin rezident əlaqələndiricisi təyin olunub
Nazir daha bir xanıma yüksək vəzifə verdi - FOTO
Premyer Liqa: növbəti turun təyinatları bəlli olub
Ağdərədə qumbaraatan və pulemyot tapılıb
Türkiyə kubokunun təqvimi açıqlandı
Əməkdar artist Rahib Əliyev vəfat edib
Daha bir sosial media fenomeni tutulub - Xanımı ilə birgə
Qəzzada yardım gözləyənlər bombalanıb: 6 nəfər ölüb, yaralılar var
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı