ikinci el eşya alanlar Ücretsiz php Script indir film izle hd film izle aksiyon filmi izle Backlink satış karasu satılık daire shell indir md5 cracker r57 shell indir hacklink satışı Hack forumu Hack forumu PDO Kullanımı Warez Mavi orkide "Azərbaycana səfər bizim üçün həmişə xüsusi hadisədir..." - Gürcüstanın baş nazirindən yeni mesajlar - mia.az
Şriftin ölçüsü / 368 dəfə oxunub

"Azərbaycana səfər bizim üçün həmişə xüsusi hadisədir..." - Gürcüstanın baş nazirindən yeni mesajlar

12 Mart 2018 [16:04]
"Azərbaycan və Gürcüstanın xüsusi strateji tərəfdaş olduğunu nəzərə alaraq, Azərbaycana səfər bizim üçün həmişə xüsusi hadisədir. Ölkələrimiz arasında iqtisadi münasibətlərin dirçəliş yolunda olmasına görə çox şadıq".

Bunu Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili Bakıda Azərbaycan Prezidenti İlham Əliyevlə görüşü zamanı deyib.

Gürcüstanın baş naziri isti qarşılanmaya görə Prezidentə minnətdarlığını bildirib və diqqəti iqtisadi əlaqələrin inkişaf dinamikasına yönəldib: "Bu yaxınlarda dərc edilən statistikaya əsasən, Azərbaycan say baxımından vətəndaşları Gürcüstana səfər edən ölkələrin sıralamasında birincidir və bu, bizi çox sevindirir. Bakı - Tbilisi - Qars layihəsi, sonradan Trans-Anadolu və Trans-Adriatik qaz dəhlizlərinə qoşulacaq Cənub qaz dəhlizi layihəsi həm iqtisadi, həm də geostrateji baxımdan həddindən artıq əhəmiyyətilidir".

Hökumət başçısı Gürcüstanın hər zaman qlobal layihələrdə Azərbaycanın mövqeyini dəstəklədiyini vurğulayıb və iki ölkə arasındakı strateji tərəfdaşlığa söykənərək bunun təbii olduğunu qeyd edib: "Həmçinin cənab Prezident, Sizi ilk müstəqil respublikanın elan edilməsinin 100 illik yubileyi münasibətilə təbrik etmək istəyirəm. Bu, Gürcüstan və Azərbaycan üçün çox əhəmiyyətli gündür. Ümid edirəm ki, bunu layiqincə qeyd edəcəyik".

Report


ikinci el eşya alanlar Ücretsiz php Script indir film izle hd film izle aksiyon filmi izle Backlink satış karasu satılık daire shell indir md5 cracker r57 shell indir hacklink satışı Hack forumu Hack forumu PDO Kullanımı Warez Mavi orkide
SON XƏBƏRLƏR