"Tamaşaçıya təhdid, qisasçılıq anonsu vermək heç olmaz” - Mirşahinin bəyanatı etiraz doğurdu

img

12-03-2018 [15:28]


"Yox, cənab istedadlı jurnalist, hörmətli insan Mirşahin bəy. Televiziya silahdır, amma onun rəhbərinin əlində yox, cəmiyyətin və dövlətin əlində. Televiziya onu yaradanın deyil, ona tamaşa edənlərindir".

Kult.az xəbər verir ki, bu sözləri tanınmış jurnalist Ceyhun Musaoğlu telejurnalist Mirşahin Ağayevin onu təhdid edənlərə verdiyi cavaba münasibət olaraq bildirib. C.Musaoğlu qeyd edib ki, bu sözləri Mir Şahinin yazdığına inanmaq istəmir:

"Layiq olduğunuz cavabı mütləq alacaqsınız" - yazmısınız. Ardınca da söyləmisiniz: "Mən sizi özüm açıb ortaya qoyacam ki, xalq əsl içinizi görsün. Tezliklə sırada olacam və 1 il 8 ay ərzində ünvanıma ulaşılanların əvəzi çıxılacaq! Mən sizin ana və bacınızı söyməyəcəm, sadəcə ... sevəcəm!”

Məncə, bu fikirləri siz yazmamısınız, ola bilsin, profilinizi sındırıblar. Özünüzü və profilinizi yoxlayın, dəyərli həmkarım”.

Tanınmış pediatr Vaqif Qarayev də Mir Şahinin sosial şəbəkədə onu tənqid edənləri hədələməsini qınayıb.

"Təhdid edir, onu söyənlərdən qisas alacağını xüsusi vurğulayır. Tamaşaçılar ilk anonsla tanış oldular. Söymək olmaz, əlindəki imkandan istifadə edib, tamaşaçıya təhdid, qisasçılıq anonsu vermək heç olmaz”, - pediatr yazıb.

Qeyd edək ki, tanınmış telejurnalist Mirşahin Ağayev yaxın günlərdə yayıma başlayacaq Real TV ilə bağlı gedən müzakirələr zamanı ona qarşı yönəlmiş ittihamlara olduqca sərt reaksiya verib.

Digər xəbərlər
SON XƏBƏRLƏR