ikinci el eşya alanlar Ücretsiz php Script indir film izle hd film izle aksiyon filmi izle Backlink satış karasu satılık daire shell indir md5 cracker r57 shell indir hacklink satışı Hack forumu Hack forumu PDO Kullanımı Warez Mavi orkide Putindən sensasion etiraf : “Türk sərnişin təyyarəsini vurma əmri verdim…” - mia.az
Şriftin ölçüsü / 706 dəfə oxunub

Putindən sensasion etiraf : “Türk sərnişin təyyarəsini vurma əmri verdim…”

12 Mart 2018 [15:00]
Rusiya prezidenti Vladimir Putin öz adına çəkilmiş sənədli filmdə, 2014-ci ildə içində bomba olduğu və Soçi Qış Olimpiya oyunlarının açılış mərasimini hədəf aldığı bildirilən Pegasus Hava Yollarına aid sərnişin təyyarəsinin vurulması əmrini verdiyini deyib.

Avropa.info xəbər verir ki, Putin eyni sənədli filmdə babasının Lenin və Stalin üçün aşpazlıq etdiyini söyləyib.

Putin Soçi Qış Olimpiadasının açılışından qısa bir müddət öncə, Ukraynadan İstanbula gedən bir sərnişin təyyarəsinin qaçırıldığı və bu təyyarənin Olimpiya oyunlarının açılış mərasimini hədəf alacağı haqda xəbər aldıqlarını bildirib. Rusiya prezidentinin dediyinə görə, sonradan bu məlumatın yanlış olduğu haqda kəşfiyyat məlumatı alıblar.

Sənədli filmdə jurnalist Andrey Kondraşova müsahibə verən Putin bunları deyib:

"2014-cü ilin 7 fevralında Soçi Olimpiadasının təhlükəsizliyindən cavabdeh olan rəsmilər mənə zəng etdilər. Mənə, Ukraynadan İstanbula getməkdə olan bir təyyarənin qaçırıldığını, quldurların havadan Soçiyə enmək istədiklərini dedilər. Pegasus Hava Yollarına aid Xarkov- İstanbul səfəri edən Boinq 737-800 tipli təyyarədə bir sərnişinin üzərində bomba olduğu və istiqamətini Soçiyə çevirdiyi xəbərləri də gəlirdi. Mən də onlara "təcili vəziyyət prosedurunu yerinə yetirin” (hansı ki bu təyyarənin vurulması anlamına gəlir) əmrini verdim. Mən onlara "plana görə hərəkət edin” dedim. Bu əmrdən bir neçə dəqiqə sonra, başqa bir telefon zəngi gəldi və xəbərin yanlış olduğu haqda məlumat verildi. Bundan sonra, əmri ləğv etdim və Soçi Olimpiadasının açılış mərasiminə qatıldım” deyə Putin qeyd edib.

"Reuters"in xəbərinə görə, Kremlin sözçüsü Dmitri Peskov da Putinin sənədli filmdəki ifadələrini təsdiq edib.

Qeyd edək ki, Pegasus Hava Yollarına aid Xarkov- İstanbul marşurutu ilə səfəri edən Boinq 737-800 tipli təyyarədə bir sərnişinin üzərində bomba olduğu və istiqamətini Soçiyə çevirdiyi xəbərləri yayılmışdı.

Pegasus Hava Yollarına məxsus 110 sərnişin daşıyan təyyarə 7 fevral 2014-cü ildə qaçırılma siqnalı vermiş, türk pilot təyyarəni Soçi yerinə Sabiha Gökçən Hava Limanına endirmişdi. Dövrün valisi Hüseyn Avni Mutlu, bütün sərnişinlərin təyyarədən problemsiz endirildiyindən sonra, təyyarəni qaçırmaq istəyən şəxslərin zərərsizləşdirildiklərini bildirmişdi.


ikinci el eşya alanlar Ücretsiz php Script indir film izle hd film izle aksiyon filmi izle Backlink satış karasu satılık daire shell indir md5 cracker r57 shell indir hacklink satışı Hack forumu Hack forumu PDO Kullanımı Warez Mavi orkide
SON XƏBƏRLƏR