Mikayıl Cabbarov Fazil Məmmədovun işdən çıxardığı şəxsə vəzifə verdi - Daha bir müşavir təyinatı

img

12-03-2018 [12:42]


Vergilər Nazirliyində yeni təyinat olub.

Mazir Mikayıl Cabbarov Manaf Bayramovu özünə yeni müşavir təyin edib.

O, vaxtilə Bakı Vergi Departamentinin rəisi olub. III dərəcəli vergi xidməti müşaviri 2005-ci ilin noyabrında keçmiş vergilər naziri Fazil Məmmədovun əmri ilə vəzifəsindən azad edilib. 

Həmin vaxt nazirlik M.Bayramovun işdən çıxarılmasına səbəb kimi onun nizam-intizam qaydalarını pozmasını, həmçinin 2005-ci ilin sentyabr-oktyabr ayları ərzində vergi daxilolmaları üzrə proqnozu yerinə yetirə bilməməsini göstərib. O, 2008-ci ildən ötən ilin sonuna qədər iqtisadiyyat naziri Şahin Mustafayevin müşaviri vəzifəsində çalışıb/report


Digər xəbərlər
SON XƏBƏRLƏR