Müəllim komaya düşdü, şagirdlər... - Yevlaxdakı qəza ilə bağlı SON DURUM

img

12-03-2018 [10:52]


Xəbər verdiyimiz kimi, Yevlaxda şagirdləri daşıyan "Vito" markalı mikroavtobusun toxuculuq müəssisəsi yaxınlığında "QAZ-53" markalı avomobillə toqquşması nəticəsində 19 nəfər xəsarət almışdı.

Minqəçevir Şəhər Mərkəzi xəstəxanasından Unikal.org-a verilən məlumata görə, xəstəxananın reanimasiya şöbəsinə 1 müəllim, 2 şagird yerləşdirilib.

Şöbədə müalicə alan müəllim Əntiqə Qoşqarlının vəziyyəti ağır-stabildir. Müəllim kəllə-beyin travması, beyindaxili qanaxma diaqnozu ilə reanimasiya şöbəsinə yerləşdirilib, komadadır. Reanimotoloqların bildirdiyinə görə Əntiqə Qoşqarlının həyatı təhlükəsi var. Bununla belə, reanimasiya şöbəsində 2 şagird də müalicə alır. Şagirdlər Rəvan Əhmədov və Manana Mehdiyevanın isə həyatı təhlükəsi yoxdur.


Digər xəbərlər
SON XƏBƏRLƏR