12-03-2018 [00:17]
Xəbər verdiyimiz kimi, Beyləqan rayonunda xanım məmurun polis oğlunun iş yoldaşını bıçaqlaması ilə bir-birinə zidd açıqlamalar verilir, xəbərlər yayılır.
Mia.az xəbər verir ki, Criminal.az baş vermiş hadisənin təfərrütanı öyrənməyə çalışıb.
Əldə etdiyimiz məlumata görə, hadisə yol polis əməkdaşları xidmətdə olan zamanı söyüş üstündə baş verib.
Bundan sonra mübahisə yol polis bölməsində davam edib və sonda qanlı hadisə baş verib.
Hadisənin təffərrütına keçməmişdən əvvəl bir daha xatırladaq ki, qanlı olay martın 10-da axşam saatlarında Beyləqan rayonu ərazisində baş verib.
Criminal.az saytına verilən məlumata görə, Rayon təhsil şöbəsinin müdiri Xuraman Rüstəmova Tural Əliyev iş yoldaşı Namiq Zeynalovu bıçaqlayıb. Namiq Zeynalov Beyləqan rayon xəstəxanasına çatdırılıb, həkimlər tərəfindən ona ilkin yardım göstərilib.
Hətta Beyləqan rayon mərkəzi xəstəxanasının baş həkimi Əli Məmmədov Criminal.az-a faktı təsdiq edib.
Bildirib ki, yol polis əməkdaşı Namiq Zeynalov kürək nahiyəsinin deşilmiş-kəsilmiş yarası ilə xəstəxanaya daxil olub, onun hansı şəraitdə bıçaqlanması məlum deyil.
Hadisəni təsdiq edən Beyləqan Rayon polis şöbəsinin rəisi Füzuli Şıxəliyev isə bildirib ki, polis əməkdaşı Namiq Zeynalov idman zamanı xəsarət alıb, onun aldığı bu xəsarəti hər hansı cinayət zamanı deyil, idmanda təsadüf zaman baş verib.
Polis rəisinin sözlərinə görə, hadisən ilə bağlı rayon prokurorluğunda araşdırma aparılır.
Beyləqan yol polis bölməsinin rəisi Azad Məmmədov isə ilk olaraq məzuniyyətdə olduğundan məlumatsız olduğunu desə də, sonradan faktı təkzib edib.
Beyləqan rayon Təhsil Şöbəsinin müdiri Xuraman Rüstəmova
Xuraman Rüstəmova Criminal.az saytına açıqlamasında Beyləqan rayon yol polis bölməsinin əməkdaşı olan oğlu Tural Əliyevin iş yoldaşı Namiq Zeynalovu bıçaqlamasını təkzib edib.
X.Rüstəmova bildirib ki, oğlu haqda tam yalnış məlumat yayılıb: ”Hadisə polislərin idman saatında, məşq edən zaman olub, güləşərkən yüngül zədə alıb. Hazırda həmin polis də işindədir. Bu adam necə bıçaqlanıb ki işdədir. Təkrar edirəm, Xuraman Rüstəmovanın oğlunun belə bir cinayətlə heç bir əlaqəsi yoxdur”.
Soldakı Tural Əliyevdir.
Diqqətli oxucuların nəzərindən qaçmadı ki, baş vermiş hadisənin hansı şəraitdə, necə baş verməsi ilə bağlı ziddiyətli açıqlamalar verilib. Lakin Criminal.az saytının əldə etdiyi məlumata görə, T.Əliyevlə Namiq Zeynalov arasında mübahisə xidmətdə olan zaman baş verib. Mübahisə zamanı N.Zeynalov Turala qarşı nalayiq ifadələr işlədib. Bu zaman əsəbləşən Tural Əliyev ona bir zərbə vurub.
Bundan sonra N.Zeynalov polis bölməsinə gələrək T.Əliyev barəsində rəhbərliyə raport yazmaq istəyib.
İş yoldaşının belə hərəkətindən əsəbləşən T.Əliyev ona 4 bıçaq zərbəsi endirib. Onlardan yalnız biri N.Zeynalovu kürəyindən yaralayıb.
Baş Dövlər Yol Polis İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev Criminal.az saytına açıqlamasında bildirdi ki, hadisə bıçaqlanma deyil. Şöbə rəisinin sözlərinə görə, kağız kəsən alətlə onlar təsüdüfən bir-birinə xəsarət yetiriblər.
”Burda cinayət faktı olmamalıdı, sadəcə kağızkəsənlə ehtiyatsız davranma nəticəsində baş verib. Məndə olan məlumat belədir. Hadisə necə olubsa, araşdırılacaq. tərəflərdən hansınınsa anası da hadisə haqda düzgün bilməyə bilər. Güləş zamanı alınan xəsarət deyil. Kəsici alətin yaratdığı xəsarətdir. İstənilən halda araşdırma nəticəsində məlum olacaq. Dəqiq informasiyanı Beyləqan polis şöbəsindən alın. Bizdə məlumat var, gizlədilməsi mümkün deyil. Lap təsadüf nəticəsində baş veribsə belə, xidməti araşdırma aparılacaq”-deyə BDYP rəsmisi vurğuladı.
Tural Əliyevin qardaşı Yasin Əliyev Beyləqan rayon məhkəməsində hakimin köməkçisidir.
Keniyada matəm elan edilib - Baş Qərargah rəisi və yüksək rütbəli hərbçilər qəzada həlak olub
Almaniya kansleri: "Türkiyə şübhəsiz ki, mühüm strateji tərəfdaşdır"
Bayden: "Əmimi adamyeyənlər yeyib..."
Konfrans Liqası: "Aston Villa" penaltilərlə yarımfinala çıxıb
Zəhərli qələmlər, spreylər: Şimali Koreya dünyanı silkələyən viruslar yaradıb - "Nüvə silahından da təhlükəlidirlər"
Daha bir ölkə fransız diplomatlarını qovdu: "48 saata çıxın!"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Türkiyədə güclü zəlzələ olub
Respublika Pediatriya Mərkəzi yaradılıb - Direktor təyinatı olub
Somalidə “Əş-Şəbab”a qarşı əməliyyat: təşkilatın 10 üzvü öldürülüb
Azercell ADA-nın Karyera Hazırlığı Həftəsində iştirak edir - FOTOLAR
Kəmaləddin Heydərovun daha bir şirkəti məhkəməyə verilib
Hacıqabulda qatar qadını vurub
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Baş prokuror Çinə səfər edib
Nazir direktoru vəzifədən azad edib
Ramana qəsəbəsində 2 nəfər dəm qazından zəhərlənərək ölüb
Daha iki bankın əmlakları satışa çıxarılıb
Qubad İbadoğlunun cinayət işi yekunlaşıb
İcra başçısını söyən şəxsə 5 sutka verildi
Röya: "Ərə gedirəm, sevdimsə..." - VİDEO
Bakıda marketdən 8000 manatlıq spirtli içki oğurlanıb
Rəsmi Moskvadan azərbaycanlıların Ermənistandakı yurdlarına dönmələri barədə - Açıqlama
Zelenski Qərb liderlərinə "incik mesaj" verdi: "İsrailin səmasını qoruduğunuz kimi..."
Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin fəaliyyəti dayandırılır - Türkiyə MN açıqladı
Azercell “GSMA M360 EURASIA” tədbirinə ev sahibliyi edəcək
Azərbaycan futbolu və ya mərc oyunlarında fırıldaq şübhəsi
Müəllimlərin sertifikatlaşdırılması başlayır
Fuad Quluzadənin cinayət işi məhkəməyə göndərilib
Sabahın hava proqnozu açıqlandı
Politoloq: "Azərbaycanın KTMT-yə üzvlüyü mümkün deyil" - "Bu, Paşinyanın əlini gücləndirəcək"
İstanbulda əməliyyat: daha bir terrorçu tutulub
Bu rayonların şagirdləri imtahan verəcək - DİM-dən xəbərdarlıq
Tanınmış aparıcı bahalı avtomobilini satışa çıxarıb - VİDEO
Qəbula keçid balları qaldırılır? - VİDEO
Rəqsanənin əmlaklarına niyə həbs qoyulub?
Mikayıl Cabbarova daha bir müavin təyin olunub - O, kimdir? (FOTO)
İsrail Qəzzaya bomba yağdırır: daha 17 nəfər həlak olub
Azərbaycan nefti ucuzlaşıb
Bakıda iməcilik və ağacəkmə aksiyası keçiriləcək