Gömrük, Miqrasiya, Penitensiar Xidmət və Səfərbərlik Xidməti ilə bağlı sərəncam verildi, maaşlar qalxdı

img

10-03-2018 [20:42]


 Azərbaycan Prezidenti İlham Əliyev bu gün 4 dövlət qurumunun əməkdaşlarının maaşlarının artırılamsı haqda sərəmcamlar verib.

Mia.az xəbər verir ki, sərəncamalra əsasən, Dövlət Gömrük Komitəsinin xüsusi rütbəsi olan əməkdaşlarının və dövlət qulluqçusu olmayan mülki işçilərinin,  Dövlət Miqrasiya Xidmətinin xüsusi rütbəsi olan əməkdaşlarının və dövlət qulluqçusu olmayan mülki işçilərinin, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin və Tibb baş idarəsinin hərbi qulluqçularının, xüsusi rütbəsi olan əməkdaşlarının və dövlət qulluqçusu olmayan mülki işçilərinin, həmçinin Səfərbərlk və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin  xüsusi rütbəsi olan əməkdaşlarının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq əməkhaqları martın 1-dən orta hesabla 10 faiz artırılıb.

Dövlət başçısı Nazirlər Kabinetinə bu sərəncamlardan irəli gələn məsələləri həll etmək tapşırığı verib.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR