Şriftin ölçüsü / 591 dəfə oxunub

Tramp ticarət savaşına rəsmən qərar verdi: "Milli təhlükəsizliyin müdafiəsi üçün..." - Avropa və Çin nə edəcək?

09 Mart 2018 [09:29]
 ABŞ prezidenti Donald Tramp rəsmi şəkildə polad idxalına 25, alüminium idxalına isə 10 faiz rüsum tətbiq olunduğunu elan edib.

Bu barədə "FoxNews" telekanalı məlumat yayıb.

"Bu gün Amerikanın milli təhlükəsizliyinin müdafiəsi üçün xarici polad və alüminium idxalına rüsum tətbiq edirəm. Bizdə alüminiuma görə 10 faiz və polada görə 25 faiz rüsum olacaq" – deyə Tramp bildirib.

O əlavə edib ki, kim vergi ödəmək niyyətində deyil, istehsalı ABŞ-a keçirə bilər. Onda həmin şəxsə vergi də tətbiq olunmayacaq/Report

Qeyd edək ki,  ötən ay rüsumları qaldıracağını bəyan edən Trampın bu yöndəki açıqlamaları dünyada böyük narahatlıq yaradıb. Avropanın öndə gələn ölkələri - Böyük Britaniya, Fransa, Almaniya ilə yanaşı, Çin də buna etiraz edib. 

Dünən Fransa XİN bəyanat yayaraq "Avropa qətiyyətli olmalı və ABŞ-a öz gücünü göstərməlidir" deyə Qərb ölkələrinə çağırış edib.

Rəsmi Pekin isə ABŞ-ı hədələyib. Çin XİN-dən verilən bəyanatda "Əgər bu, Çinin mənfəətlərinə zərər verərsə, bunu sakit izləməyəcəyik. Cavabımız olacaq" deyə bildirilib.

Mia.az




SON XƏBƏRLƏR