AzTV sədri ilə bağlı məhkəmədə şok iddialar səslənir: "İcra başçısı üçün də torpaqlar alırdım, tək Arifə işləmirdim ki...”

img

07-03-2018 [14:15]


Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri QSC-nin sədri Arif Alışanovu öldürməyə cəhddə, ona qarşı dələduzluq etməkdə və digər cinayətlərdə təqsirləndirilən Şücayət Əkbərov, Qoçalı Cəbiyev, Zöhrab Şirinov və Aqşin Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə baş tutan prosesdə Şücayət Əkbərov vəsatətlə çıxış edib.

O, məhkəmənin təxirə salınmasını istəyib. Əkbərov bildirib ki, Arif Alışanovun da məhkəmədə iştirakı təmin edilməlidir. O, həmçinin Arif Alışanovun qızı Nigar Alışanovanın və sürücüsü Hacı Babayevin və bacısı oğlu Dəyanət Cəfərovun məhkəmədə dindirilməsini istəyib.

***

"Report"un xəbərinə görə, prosesdə təqsirləndirilən S.Əkbərovun vəkili vəsatət qaldırıb. O qeyd edib ki, müvəkkilinin səhhətində problem var və buna görə də onun barəsində tibbi ekspertiza keçirilməlidir.

Təqsirləndirilən S.Əkbərov da səhətində problem olduğunu, tibbi ekspertizanın keçirilməsini istəyib: "Bu iş yaxşı araşdırılmalıdır, bunun bir ucu gedib, sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudova çıxır".

Məhkəmə müşavirə otağına yollanıb.

Vəsatət təmin edilməyib.

****

Daha sonra iclasda məlum olub ki, zərərçəkmiş A.Alışanovun məhkəməyə mülki iddiası daxil olub.

O, təqsirləndirilən Sücayət Əkbərovdan 4 milyon 582 min manatın tutulmasını, həmçinin onun əmlaklarının üzərinə həbs qoyulub özünə yönləndirilməsini istəyib. 

Mülki iddia məhkəmə icraatına qəbul edilib.

Məhkəmə iclası davam etdirilir.

***

Daha sonra təqsirləndirilən Sücayət Əkbərov sərbəst ifadə verib. 

O, qeyd edib ki, A.Alşanovu 2007-ci ildən tanıyır: "Arif Alışanov Şamaxıya torpaq almağa gəlirdi. Mən də orada "makler"lik edirdim. Bunun əvəzində pulumu alırdım. Pulları onun kürəkəni gətiridi. Bir müddət problemimiz olmadı. 2011-ci ildə Arif Alşanov mənə zəng edib dedi ki, kürəkəni Fəridin adına olan torpaqları öz həyat yoldaşı Mehriban xanımın adına keçirim. Sən demə qızı kürəkəni Fəriddən boşanırmış. Torpaqları qadının adına keçirdik".

O dindirilən zaman söyləyib ki, 2013-cü ildə Şamaxıda 6 hektar torpaq alınıb: "Ümumilikdə alınan torpaqlar onun qızlarının, ailə üzvlərinin, sürücüsü Hacı Balayevin adında olub. Torpaqlar kimin adından kimin adına keçməsini də bilirəm. 6 hektara alınan torpaq isə Hacının adına qeydiyyatda olub".

Təqsirləndirilən şəxs bildirib ki, A.Alşanovun 2011-ci ildə Şamaxıda ümumilikdə 120 hektar torpaq sahəsi olub/Report.

****

"Arif Alışanov keçmiş kürəkəni Fəridlə gəlib torpaq alırdı, mən də makler kimi haqqımı alırdım. 2011-ci ildə Arif müəllim zəng edib dedi ki, Fəridin adına olan torpaqları öz arvadı Mehriban xanımın  adına keçir”.

"Qafqazinfo” xəbər verir ki, bunu AzTV sədrinə sui-qəsd cəhdi ilə bağlı aparılan məhkəmə prosesində təqsirləndirilən Şücayət Əkbərov deyib. O bildirib ki, A.Alışanovu 2007-ci ildən tanıyır: "Fərid polisin nəzarəti altında gətirildi, onda bildim ki, Alışanovun qızından boşanır. Alışanov istəmirdi ki, torpağı onun aldığı bilinsin. Çünki çox vaxt maşından da düşmürdü, alqı-satqıda da iştirak etmirdi. Torpaqları da başqa şəxslərin adına alırdı. 

2011-ci ildə artıq Alışanovun Şamaxıda 120 hektar yeri var idi. Keçmiş nazir Fərhad Əliyev də Karlar kəndində torpaq almışdı. Mən təkcə Arif Alışanovla işləməmişəm. Arif Alişanov Eldar Mahmudovun 1 nömrəli adamı olub, yaxın dost idi. Sonra MTN işi vaxtı o kimlərinsə vasitəsilə sıvışıb çıxdı”. 

S. Əkbərov deyib ki, Arif Alışanov torpaq almağa gəzdiyi qara bir qızla gəlirmiş. O, hətta AzTV sədrini 2016-cı ildə həmin qızı öldürməkdə ittiham edib.

S. Əkbərov deyib ki, o heç vaxt Arif Alışanovu öldürmək istəməyib: "Niyə öldürüm ki? Adımda torpağı yoxdur, filan. Onun bütün torpaqları sürücüsü Hacının adınadır. Bütün bu işləri də o mənim başıma açıb. Mənim bildiyim qədər Arifin 70 milyon əmlakı var. Tutulan nazirlər kimi bir gün onun da əmlakları üzə çıxacaq. Onda siz də hər şeyi biləcəksiz. Onu öldürmək istəyənlər elə adına əmlak aldığı şəxslərdir. 

"Space"in yanındakı notariusda Hacının adından Arifə 50-yə yaxın etibarnamə verilib. Deyirdi birdən Hacı ölər, qoy problem olmasın. Arif heç qardaşının, arvadının adına torpaq almırdı. Mənim və ailə üzvlərimin adına heç nə almayıb. Mənim üçün yaxşıdır ki, torpaq alırdı, mən də qazanırdım. Onu öldürməklə nə qazanacaqdım? Mən icra başçısı Alı Qocayev üçün də torpaqlar alırdım. Təkcə Arif üçün işləmirdim ki...”

O, həmçinin bildirib ki, A. Alışanovun Xızıdakı evinin həyəti 3 hektardır.


Digər xəbərlər
SON XƏBƏRLƏR