warez script warez forum sanal santral orkide hacklink al musa yıldırım script indir shell indir logsuz shell mavi orkide Script indir PHP Scriptler Ataşehir Kuaförü Ataşehir Erkek Kuaförü Ataşehir kadın kuaförü apk indir
Şriftin ölçüsü / 651 dəfə oxunub

“Bizdə pul verəndə çoxlarının əli əsir, ona görə rejissorlar peşəkar aktyorları uzaqlaşdırır, əvəzində..." - Jurnalist

06 Mart 2018 [17:50]
"Kazım müəllim tamaşaçının qəlbinə yol tapdığı vaxt, bu cür pəhləvan kimi kişini yıxıb öldürdülər”.

Bunu jurnalist Seymur Verdizadə "Space" televiziyasında əməkdar artist Çingiz Əhmədovun aparıcılığı ilə yayınlanan "Yerimdəyəm" verilişində deyib.

Jurnalist aktyor Kazım Abdullayevin çəkildiyi serialdan tez kənarlaşdırılması, rol gərəyi ölməsi məsələsinə toxunub. O, bildirib ki, serialda düzgün qərar verməyiblər:

"Bu cür sənətkarın serialda rolu daha uzunömürlü olmalıdır. Rejissor tamaşaçının qəlbinə yol tapmağı bacaran aktyorlara daha geniş meydan verməlidir. Amma bizim ölkəmizdə bunun əksi baş verir. Aktyor populyarlaşan kimi onu serialdan uzaqlaşdırırlar. Çünki peşəkar aktyora yaxşı qonorar vermək lazımdır. Bizdə isə pul verəndə çoxlarının əli əsir. Pul vermək istəmədikləri üçün rejissorlar peşəkar aktyorları seriallardan uzaqlaşdırıb, təsadüfi adamları, taksi sürücülərini çəkirlər”.

Aktyor isə jurnalistin fikirinə belə cavab verib: "Bu, romandır. Yəqin ki, o biri sujetlərə mənim ölümüm lazım imiş. Yəni obrazım ölməliymiş ki, serial davam etsin”.

Unikal.org


SON XƏBƏRLƏR
17:31 19.03.2019
Nazarbayev istefa verdi