04-03-2018 [20:05]
Paytaxtın Xətai rayonu ərazisində daha bir yaşıllıq sahəsinin məhv edilməsi hesabına tikintiyə hazırlıq gedir. Bu dəfə Əhmədli qəsəbəsi, "Ukrayna dairəsi”nin yaxınlığındakı parkın ərazisi hasarlanıb. Təxminən 2 il əvvəl oradakı çoxillik şam ağaclarının bir neçəsi kəsilib, ərazidə bünövrə qazılıb, beton tökülüb.
Virtualaz.org xəbər verir ki, yaxınlıqda yaşayan sakinlər ərazidə çoxmərtəbəli binaların tikiləcəyindən narahatdırlar.
Çünki "Ukrayna dairəsi”nin ətrafında boş yer qalmayıb, sağda səkinin bir hissəsini tutmaqla, bir-birinə bitişik 3 göydələn tikilib. Bir az qarşıda -yanacaqdoldurma məntəqəsindən iki-üç metr aralıda daha bir bina ucaldılıb.
"Ukrayna dairəsi”ndən Gəncə prospekti istiqamətində yol kənarlarındakı obyektlərin, ticarət mərkəzlərinin, göydələnlərin sayı-hesabı yoxdur.
Parkdakı kafenin əməkdaşları deyirlər ki, hasar çəkilərkən ərazidə muzey tipli mərkəz tikiləcəyi bildirilib. "Dedilər ki, Xətai Rayon İcra Hakimiyyətinin sifarişi ilə tikinti aparılır, müxtəlif xalqların tarixini, mədəniyyətini əks etdirən muzey açılacaq. Amma sonradan tikinti dayandırıldı”,- adını söyləməyən əməkdaş əlavə edir.
Hasarın üzərində İcra hakimiyyətinin lövhəsi vurulub. Sakinlərin narahatlığı əsassız deyil, son günlər axşam saatlarında hasarlanmış ərazidə yük maşınları görünür, əraziyə yeni tikinti materialları gətirilib.
Parkda dincələn sakinlər də hasarın çəkilməsindən narahat olublar. Onların bir neçəsi ilə söhbətləşirik. Yaxınlıqda yaşadığını söyləyən nisbətən yaşlı kişi söyləyir ki, parkın içərisində salınan "Yapon bağı” yamaq kimi görünür. Bu bağdakı bitkilər Yaponiyadan gətirilib, amma mənzərə nə uşaqları, nə də yaşlıları cəlb etmir: "Əvvəl daha yaxşı idi, fəvvarələr, yaşıllıq göz oxşayırdı. Xaricdən gətirilən bitkilərin əksəriyyəti soldu. Hasar çəkiləndən sonra parkın görkəmi də pozuldu”.
"Yapon bağı”nda kiçik Yaponiya yaradan İcra hakimiyyəti problemləri həll etmir. Hasarlanmış əraziyə zibil tullantılarının atılması nəticəsində ərazi sahibsiz heyvanların məskəninə çevrilib və bu da parkda dincələnləri narahat edir. Tikinti materiallarının daşınması azmış kimi, əraziyə bir yandan da məişət tullantıları atılır: "Əvvəlcə ərazini hasara aldılar ki, ağacların kəsildiyi hiss olunmasın. Sonra da tikintiyə başlanıldı. Əgər muzey və ya dövlət müəssisəsi tikilirdisə niyə yarımçıq saxlanıldı?
Çoxları bilir ki, park da daxil olmaqla bu ərazi Xətai Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədovun şəxsi nəzarətindədir...”.
Ülviyyə Xudiyeva
Foto Samirə Həsənovanındır
Virtualaz.org
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
"Trabzonspor" rəqibini 3 qolla keçib
Gədəbəy rayon sakini Gəncədə bıçaqlandı
Əli Əsədov daha bir qərar imzaladı
İlham Əliyevlə Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılışında - FOTOLAR
Dövlət Aqrar Kolleci publik hüquqi şəxs yaradılıb - Hökumətdən qərar
Şuşaya ilkin mərhələdə 50 ailə köçürüləcək
Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilib
Spiker 830 min manatlıq kompüter alır: mağazalardakı satışdan niyə baha alınır? - DETALLAR AÇIQLANDI (FOTOLAR, Yenilənib)
“Nar” voleybol üzrə ölkə çempionlarını təbrik edir - FOTOLAR
Türkiyənin ilk astronavtı Azərbaycana gələcək
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Bülent Uyğun: "Avrokuboklara getmək şansımız çox yüksəkdir”
Sabiq nazir 75 yaşında vəfat edib
Sabiq icra başçısı yenidən hakim qarşısında - İki şirkətin üzərindən həbs götürüldü
Konqoda "meymun çiçəyi" virusu yayılıb - Xəbərdarlıq
Türkiyədə daha bir terrorçu tutulub
Qəzzada savaşın 201-ci günü: daha 79 dinc sakin həılak olub
Tanınmış vəkil partiya sədri olmaq istəyir
İlham Əliyevlə Qırğızıstan prezidenti görüşdü, sənədlər imzalandı - Bakıda + FOTOLAR (Yenilənib)
MƏŞHUR PROFESSOR ÖZÜNÜ GÜLLƏLƏYƏRƏK ÖLDÜRÜB - Rəsmi açıqlama yayıdı
İsrail ordusu Livanın cənubunu bombalayıb
Şimali Koreya İrana böyük heyət göndərib
Prezident qırğızıstanlı həmkarını COP29-a dəvət edib
İordan çayının qərb sahilində həbslər davam edir
Xəzər dənizində birgə təlimlər başlayıb
PREZİDENT GENERALLA BAĞLI SƏRƏNCAM İMZALADI
YAP-çı deputat Rəsul Quliyevin elə müdafiəsinə qalxdı ki... - Eks-spiker "altdan işləyir?"
Bu ölkə Fələstini rəsmən dövlət kimi tanıdı
Eldar Əzizov Müsavata "hə" dedi - Partiya qurultaya hazırlaşır
Aysun İsmayılova: “Çox şıltaq və pozitiv insanam, amma..."
Rasim Balayev: "Məni aşağıladılar, ailəmə yaxın adam..." - MÜSAHİBƏ
Sabah hava necə olacaq? - Proqnoz
İzmirdə PKK/KCK əməliyyatı: 6 nəfər saxlanılıb
Xankəndidə yenə silah-sursat tapılıb
AMEA-da yeni şöbələr yaradılıb - Təyinatlar olub
İstanbulda FETÖ əməliyyatı: daha 13 nəfər tutulub
Ticarətçı: "Deputat olmaq istəmirəm"