01-03-2018 [21:05]
Kənd Təsərrüfatı Nazirliyi yanında Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətində işçilərə qarşı ayrı-seçkilik edilir.
Bunu "Yeni Müsavat”a xidmətin əməkdaşı Oruc Orucov deyir.
O.Orucov bildirir ki, 2012-ci ildən Kənd Təsərrüfatı Nazirliyinin Seleksiya nailiyyətlərinin sınağı və mühafizəsi üzrə Dövlət Komissiyasında işləyib.
Bundan əvvəl isə İqtisadiyyat Nazirliyi və digər dövlət qurumlarında çalışıb:
"Ali təhsilli kənd təsərrüfatı mütəxəssisiyəm. Heydər Əsədov nazir təyin olunduqdan sonra mənimlə görüşdü, öz sahəm üzrə işi irəliyə aparmaq üçün təkliflər verməyimi istədi. Mən də təkliflərimi təqdim etdim. Nazir dedi ki, bəs sən savadlı, bacarıqlı adamsan, mənə belə adamlar lazımdır, get, səni işlə təmin edəcəm. Bu söhbətdən bir qədər sonra komissiya və digər 2 təşkilatın bazasında Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidməti yaradıldı. Xidmətə heç kimin tanımadığı Möhtəsim Əhmədov rəis təyin olundu.
2016-cı ilin yanvarında xidmətin aparatının işçilərinin siyahısı açıqlandı, baxdım ki, mənim adım yoxdur. Getdim Möhtəsim Əhmədovun yanına, dedi ki, nazirin göstərişi var 50 yaşdan yuxarı işçiləri götürmürük. Dedim, necə ola bilər ki, sizin 60 yaşınız var, götürdüyünüz müavin mənimlə eyni yaşdadır. Bu prinsip hamı üçün deyil?
Altı ay işsiz qaldıqdan sonra məni göndərdilər Xırdalanda yerləşən Kimya Texnologiyaları Laboratoriyasına baş mütəxəssis – 185 manat maaşla.
Oruc ORUCOV
2015-ci ilin fevralında Xırdalanda rayon idarəsinin təməli qoyulub, 3 mərtəbəli bina tikilib. Amma hələ də tikinti-təmir başa çatmayıb, heç bir iş şəraiti yoxdur. Təsəvvür edin, istilik sistemi yoxdur, tualeti yoxdur, yarımçıq tikili necə olacaq?
Möhtəsim Əhmədov demişdi ki, guya 1 aydan sonra aparatdakı işimə qaytaracaqlar, amma əməl etmədilər. Sadəcə, vəzifəmi dəyişib, maaşımı 310 manata qaldırdılar. Bu pulla ailə dolandırmaq olarmı? Dəfələrlə nazirə müraciət etdim ki, o xidmətdə dövlət qulluqçusu statusu olan yalnız mənəm, neçə illik stajım var. Necə olur ki, dövlət qulluqçusu olmayanları dövlət qulluğuna götürürsünüz, məni isə Xırdalana sürgün edirsiniz? Axı günahım nədir ki belə münasibət görürəm?!”
O.Orucov deyir ki, nazir Heydər Əsədovun qəbuluna gedərək M.Əhmədovun korrupsiya əməlləri barədə ona məlumat verib: "Nazir məni qəbul edəndə soruşdu ki, neqativ əməllərin, korrupsiyanın qarşısını necə almaq olar ki, kəndli-fermerlərə ayrılan subsidiyalar, yanacağa görə ödənişlər gedib özlərinə çatsın? Mən də dedim ki, yeni yaratdığınız qurumun sədri Möhtəsim Əhmədov bir qrup adamla əlbir olub korrupsiyaya girişiblər, saxtakarlıq edirlər.
Sahibkarları aldadırlar, rüşvət almadan subsidiya vermirlər. Söhbət toxumçuluq və tingçilik təsərrüfatlarından gedir. Hətta nazirə məruzə etdim ki, Hacıqabul rayonunda 1 torpaq sahəsinə görə 3 toxumçuya subsidiya ayırıblar. Bu faktı nazirliyin maliyyə şöbəsi araşdırıb ortaya çıxartmışdı, amma nazirdən gizlədirdilər.
Nazir də bir az qəzəbləndi ki, tədbir görəcəm. Amma sonradan məlum oldu ki, Möhtəsim Əhmədov özü nazirin qohumudur, yaxın münasibətləri var. Ona görə də məni düşmən elan ediblər. Təsəvvür edin, ilin sonunda hesabda qalan pulları ayrı-ayrı şəxslərə böyük mükafatlar şəklində yazırlar, hesablarına köçürürlər. Sonradan həmin adamlara deyirlər ki, pul sizə səhvən köçüb, onu geri qaytarın.
Bəziləri buna etiraz edəndə hesab nömrələri veriblər ki, guya artıq olan pulu ora köçürsünlər. Sonra da həmin pulları özləri mənimsəyirlər. Yaxud istismar müddəti bitən maşınlara da yanacaq, sürtkü yağı üçün pul yazırlar. Seleksiya işləri ilə məşğul olan sort-sınaq məntəqələri var 14 yerdə. Həmin müəssisələrin rüblük gəlirləri olur. Mən işləyən dövrdə həmin gəlirləri gətirib nazirliyin mühasibatlığına ödəyirdilər, əvəzində qəbz alırdılar. İndi aldığım məlumata görə, o pulları Mötəsim Əhmədov şəxsən alır, heç bir qəbz də verilmir. Bunların hamısını nazirə demişdim. Kimya Texnoloji Laboratoriyaya 2015-ci ildə 125 min manat ayırıb təmir etdilər, bir il keçməmiş sökdülər ki, üstünü mansard etsinlər. Biz də qaldıq havada”.
O.Orucov deyir ki, qanunvericiliyə əsasən korrupsiya haqqında məlumat verən şəxsləri və onların ailələrini dövlət qorumalıdır. Buna əsasən hüquq-mühafizə orqanlarından özünün və ailəsinin qoruma altına alınmasını tələb edir.
O.Orucovun sözlərinə görə, hara müraciət edirsə, şikayətlərini göndərirlər nazirliyə: "Mənim şikayətlərimi niyə qaytarıb ora göndərirlər, axı mən elə oradan şikayətçiyəm? İki ildir nazir məni qəbul etmir. Sonradan öyrənmişəm ki, mənim işimi əngəlləyən keçmiş iş yoldaşım olan bir qadındır – Afaq Abbasova. Onu seleksiya sahəsinə rəhbər qoyublar. İndi eşitmişəm ki, məni məhkəməyə veriblər, guya A.Abbasovanın şərəf və ləyaqətinə toxunan, onu təhqir edən ifadələr işlətmişəm”/musavat.com
Qeyd: İsrarlı cəhdlərimizə rəğmən, KTN-dən yazıda qeyd olunanlarla bağlı mövqe ala bilmədik.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
İsrail ordusu Livanın cənubunu fasiləsiz bombalayır - Dağıntılar var
XİN-dən xəbərdarlıq: "Livana getməyin!"
Türkiyə ordusu İraqa girir, 30 km-lik neytral zolaq çəkiləcək: "Hədəfdə iki bölgə var"
Başlıbel qətliamından 31 il ötür
Körfəz ölkələrində sel: 18 nəfər ölüb - 10-u tələbədir
Yaponiyada ard-arda zəlzələ olub
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Türkiyə Pakistana başsağlığı verib - 63 nəfərin ölümü ilə bağlı
Qərb ölkələrinin səfirləri Gürcüstan Prezidenti ilə görüşüb - FOTO
Azərbaycanla daha bir ölkə arasında viza tələbi qaldırılır
Prezident İlham Əliyev Şuşa ilə bağlı sərəncam imzalayıb
Çingiz Abdullayev sağalıb - FOTOLAR
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Əfv Komissiyası toplandı: daha 100-dən artıq müraciətə baxılıb
Hərbi Hava Qüvvələri təlimdə - VİDEO
Yunanıstanda etiraz: işçilər bir günlük işə çıxmayacaq
Daha bir prezident COP29-a dəvət olunub
ATƏT-in fəaliyyətdə olan sədri Azərbaycana səfər edəcək
Eldar Əzizov müxalifətin mitinq tələbinə "yox" dedi
Daha bir sabiq deputat vəfat edib
“AFB Bank” zərər edib
Rəsmi Moskvadan sülhməramlıların Azərbaycandan vaxtından əvvəl çıxarılması haqda - Açıqlama
Jurnalist Cəmil Məmmədliyə hökm oxunub
Prezidentin köməkçisi yeni sədri kollektivə təqdim edib
Azərbaycanda film kimi olay: kişi evli ola-ola başqası ilə nigaha girib - "İkinci qadın vərəsə ola bilməz"
Sabiq deputat Hadı Rəcəbli 76 yaşında qəfil vəfat edib - Səhərə yaxın... (Yenilənib)
Qəzzada ölənlərin sayı hər gün artır
İstanbulda azərbaycanlı azyaşlı qız kimsəsiz kimi xəstəxanaya yerləşdirilib - Konsulluq və İşçi Qrupu nə işlə məşğuldur?
9 milyon manatlıq mənimsəmə... - “Bina Tikinti Kompaniyası” MMC-nin rəhbərinin cinayət işi yekunlaşıb
Yeni Ədliyyə naziri adaşını vəzifədən çıxardı - DİN-in şöbə rəisi nazirliyə gətirildi (YENİLƏNİB)
Sabahın hava proqnozu açıqlandı
Tofiq Quliyev Avropa çempionu olub
Xəzər TV-nin aparıcısının maşını aşdı: Aytən Səfərova xəstəxanaya yerləşdirilib, ölən var (Yenilənib)
"Təhdid və təzyiq dili ilə danışmaq heç bir nəticə verməyəcək" - Rəsmi Bakı Fransanın bəyanatına cavab verdi
Ermənistandan sərhəddə daha bir təxribat: kəşfiyyat uçuşu həyata keçirən kvadrokopter ələ keçirildi - FOTOLAR
lham Əliyev Baş katibi qəbul edib - FOTO (Yenilənib)
Baxçalı İranın İsrailə hücumunu "teatr" adlandırıb - Açıqlama
"Qalatasaray" italyan futbolçuya qiymət qoydu - 25-30 milyon avro...