Xüsusi icazə verilən mallara dair tələblərin biri ləğv edildi - Nazirdən qərar

img

23-02-2018 [16:08]


Müdafiə Sənayesi Nazirliyi "İxrac nəzarətinə düşən mallar (işlər, xidmətlər, əqli fəaliyyətin nəticələri) üzrə xüsusi icazənin verilməsi üçün müraciətin və sənədlərin qəbulu haqqında inzibati reqlament”də dəyişiklik edilməsi barədə qərar verib.

BBbu inzibati reqlamentə əsasən Müdafiə Sənayesi Nazirliyi tərəfindən "e-gov.az/az/services/read/2892/0” və "mdi.gov.az/?/az/content/834/” elektron ünvanlarında təqdim edilən xidmət Müdafiə Sənayesi Nazirliyi tərəfindən aidiyyəti üzrə ixrac nəzarətinə düşən ikili təyinatlı malların ixracı, idxalı, təkrar ixracı, təkrar idxalı və tranzit əməliyyatlarının həyata keçirilməsi ilə əlaqədar xüsusi icazənin verilməsi üçün müraciətin və tələb olunan sənədlərin elektron qaydada qəbul edilməsini və nəticəsi barədə istifadəçiyə məlumat verilməsini əhatə edir.

Bu elektron xidmətdən istifadə etmək üçün xüsusi icazə almaq üçün ərizəni, istifadəçi hüquqi şəxsdirsə, hüquqi şəxsin adı, hüquqi ünvanı və xüsusi icazənin alınması ilə həyata keçirilən xarici iqtisadi əməliyyatın növü, istifadəçi fiziki şəxsdirsə, adı, atasının adı, soyadı, şəxsiyyət vəsiqəsinə dair məlumatlar (seriya, nömrə, tarix və vəsiqəni verən təşkilatın adı və ünvanı), xüsusi icazənin alınması ilə həyata keçirilən xarici iqtisadi əməliyyatın növü barədə məlumatlar həmin elektron ünvanlara göndərilməlidir. İndiyə qədər ərizəyə malalan (malgöndərən) və son istifadəçi haqqında məlumat, bağlanmış müqavilə (kontrakt), ixrac edilən malın mənşə sertifikatı, sifarişçilərin (ərizəçilərin) vergi orqanları tərəfindən qeydiyyata və (və ya) uçota alınması haqqında şəhadətnamənin surətləri, eyni zamanda malın son istifadəsi və texniki təsnifatı haqqında məlumat əlavə edilməli idi. Dəyişikliyə əsasən malın son istifadəsi və texniki təsnifatı haqqında məlumatın təqdim edilməsi tələbi ləğv edilib.

Müdafiə sənayesi naziri Yavər Camalovun imzaladığı qərar fevralın 21-dən qüvvəyə minib.
apa


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:08 18.03.2024

HADI və BIDININ nağılı