"İcra strukturları inhisarçılara qarşı tədbirlər görməlidir" - Deputat bahalaşmaya etiraz etdi

img

23-02-2018 [13:31]


"Qarşıdan Novruz bayramı gəlir və adətən, bayramqabağı bazarlarda qiymət artımı olur”.

Bunu Milli Məclisin deputatı Fərəc Quliyev parlamentin bu gün keçirilən iclasında deyib. F.Quliyev bildirib ki, bayramqabağı bahalaşma nəzarətə götürülməlidir.
 
"Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalı artdığı halda ucuzlaşma əvəzinə bahalaşma olması absurddur. Müvafiq icra strukturları inhisarçılara qarşı tədbirlər görməlidir. 
 
Kəndlilərin öz məhsullarını birbaşa bazara çıxarmasına şərait yaradılmalıdır, çünki arada olan vasitəçilər qiymətləri süni şəkildə artırır”.
modern.az

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:27 19.03.2024

Sabah yağış yağacaq