Agentlikdən komitə sədrinin xidməti maşınının pandusun üzərində saxlanılmasına - Reaksiya + FOTO

img

23-02-2018 [00:41]


Bakı Nəqliyyat Agentliyi (BNA) Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovun Mercedes markalı 90-AA-321 dövlət nömrə nişanlı xidməti avtomobilinin Bakının Nəsimi rayonu, Səməd Vurğun küçəsində səkidəki pandusun üzərində saxlamasına münasibət bildirib.

Mia.az xəbər verir ki, BNA-nın mətbuat xidmətinin rəhbəri Mais Ağayev sosial şəbəkə vasitəsi ilə fakta reaksiya verib. Bildirib ki, panduslar əlilliyi olan şəxslərin yollarda rahat hərəkəti üçündür, amma bəzən panduslardan doğru olmayan məqsədlər üçün istifadə edilir.

O qeyd edib ki, önəmli olan bu işdə vətəndaşların fəal olmasıdır: "Rastlaşdıqları bu kimi halları sosial şəbəkələrdə müzakirəyə çıxaraq ictimai qınaq halına gətirirlər. Bunun üçün hər birinizə təşəkkür edirik".

Xatırladaq ki, bu fotonu ilk olaraq jurnalist İlkin Muradov sosial şəbəkədə paylaşıb.



Digər xəbərlər
SON XƏBƏRLƏR
12:08 18.03.2024

HADI və BIDININ nağılı