Komitə sədrinin sürücüsünə xəbərdarlıq olundu - Səbəb + FOTO

img

23-02-2018 [00:05]


"Bir neçə sosial şəbəkə istifadəçisi tərəfindən Komitə rəhbərliyinin avtomobilinin guya pandusun üzərindən çıxarılaraq Komitə binasının qarşısında saxlanılması barədə qeyri-dəqiq məlumat yayılıb". 

Mia.az xəbər verir ki, bu sözləri Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Elşad Miraləm komitə sədri Nazim İbrahimovun xidməti maşınının piyada səkisində saxlanıldığına dair yayılan fotoya şərh verərkən deyib.

Onun sözlərinə görə, avtomobili pandusun üzərindən çıxarılmayıb:

"Bu heç fiziki baxımdan mümkün də deyil. Avtomobil o hündürlükdə pandusun üzərinə necə qaldırmaq olar? Fotoya bir də diqqətlə baxın xahiş edirəm. Binanın qarşısında Dövlət Komitəsinə gələn rəsmi qonaqların, nümayəndə heyətlərinin, eyni zamanda Komitə rəhbərliyinin avtomobillərinin binaya yaxınlaşması üçün xüsusi yer var. Təqdim olunan fotolarda bu aydın görünür. Komitəyə gələn xarici qonaqların, xüsusilə rəsmi şəxslərin təhlükəsizliyi üçün bu imkan yaradılıb. Yəqin hər kəs razılaşar ki, yüksək səviyyəli rəsmi şəxsləri nəqliyyatın hərəkətinin intensiv olduğu bir ərazidə, yolun ortasında avtomobildən düşürmək nəinki protokol qaydalarına ziddir, həm də təhlükəsizlik baxımından yolverilməzdir. Avtomobil Komitənin qarşısına pandusun üzərindən deyil, fotoda göründüyü kimi xeyli irəlidən çıxarılıb. Sadəcə sürücünün səhvi odur ki, avtomobili pandusun qarşısında və səkinin üzərində saxlamamalıydı. Bununla bağlı da sürücüyə xəbərdarlıq olunub. Məsələ bu qədər sadədir".

Mia.az

P.S.  Yazıya əlavə olunan birinci şəkil sosial  şəbəkədə yayılan və narazılığa səbəb olan fotodur. 2-ci fotonu isə komitə sözçüsü iddialara verdiyi şərhə əlavə edib. Nəticəni isə oxucuların üzərinə buraxırıq.




Digər xəbərlər
SON XƏBƏRLƏR
12:08 18.03.2024

HADI və BIDININ nağılı