Azərbaycan nefti cüzi bahalaşdı - Son qiymət

img

22-02-2018 [23:22]


CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti fevralın 21-də 66,54 dollar/barel təşkil edib ki, bu da çərşənbə axşamına olan göstəricidən 0,24 dollar/barel çoxdur. 

Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti fevralın 21-də 65,9 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,22 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti fevralın 21-də 61,62 dollar/barel təşkil edib ki, bu da Trend-ə görə, əvvəlki qiymətdən 0,19 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə fevralın 21-də 64,76 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,43 dollar/barel çoxdur.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:08 18.03.2024

HADI və BIDININ nağılı