Hökumət qərara qarşı çıxdı: "Əgər BMT-nin qətnaməsi olarsa..." - Hollandiyada qondarma soyqırımla bağlı ikitirəlik

img

22-02-2018 [23:08]


BMT-nin müvafiq qətnaməsi və ya Srebrenitsa hadisələrində olduğu kimi beynəlxalq məhkəmənin qərarı olarsa, Hollandiya hökuməti 1915-ci il hadisələrini soyqırımı kimi tanıya bilər.

Bu sözləri Hollandiya xarici işlər nazirinin müavini Siqrid Kaaq Hollandiya parlamentinin 1915-ci il hadisəsini soyqırımı kimi qəbul etməsinə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, Hollandiya hökuməti tərəfindən 1915-ci il hadisələri ilə əlaqədar erməni iddiaları öyrənilməlidir: "Soyqırımının tanınmasında beynəlxalq məhkəmələrin müddəaları, BMT-nin elmi araşdırmaları və onların nəticələri Hollandiya hökuməti üçün istiqamət verir. Hökumət Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının Soyqırımların qarşısının alınması və cəzalandırılmasına dair Konvensiyaya uyğun fəaliyyət göstərir”.

Siqrid Kaaq hesab edir ki, Türkiyə və Ermənistan birgə çalışmalı, uzlaşma üçün birgə addım atmalı və baş verənləri ortaya qoymalıdır/Teleqraf.com.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:08 18.03.2024

HADI və BIDININ nağılı