Onlar bundan sonra 1450 və 400 manat təqaüd alacaqlar – Prezidentdən sərəncam

img

22-02-2018 [19:04]


Prezident İlham Əliyev bu gün  Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün məbləğinin artırılması və "Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 11 iyun tarixli 715 nömrəli fərmanında da dəyişiklik edib.

Mia.az xəbər verir ki, bununla bağlı verilən fərmana əsasən, ölkənin elm, təhsil, mədəniyyət, iqtisadiyyat, dövlət idarəçiliyi və digər sahələrdə böyük əməyi olan şəxslərin xidmətlərinin qiymətləndirilməsi və onların sosial müdafiəsinin daha da gücləndirilməsi məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün məbləği 2018-ci il martın 1-dən artırılaraq 1450 manat müəyyən edilib.

***

Prezidentin digər sərəncamı ilə Azərbaycanın gənc istedadlarının "Qızıl kitabı”na adları yazılmış gənc istedadlar üçün xüsusi aylıq təqaüdün məbləği 2018-ci il martın 1-dən artırılaraq 400 manat müəyyən edilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR