"Azərbaycan-Rusiya Birgə Komissiyasının iclası konstruktiv dialoq ruhunda keçib" - XİN

img

22-02-2018 [18:07]


Xarici İşlər Nazirliyi (XİN) Azərbaycan ilə Rusiya Federasiyası arasında dövlət sərhədinin demarkasiyası üzrə Birgə Komissiyanın beşinci iclasının yekunları haqqında məlumat yayıb.  

Nazirlikdən verilən məlumata görə, fevralın 21-22 Bakıda Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında dövlət sərhədinin demarkasiyası üzrə Birgə Komissiyanın 5-ci iclası keçirilib.

Bildirilib ki, iclas çərçivəsində Azərbaycan-Rusiya dövlət sərhədində Samur çayının hər iki sahilində ilk demarkasiya sərhəd nişanı quraşdırılıb. Həmçinin demarkasiya prosesinin davam etdirilməsi ilə əlaqədar digər məsələlər də müzakirə edilib: "Görüş mehriban qonşuluq və konstruktiv dialoq ruhunda baş tutub".

Birgə Komissiyanın növbəti iclasının Rusiya ərazisində keçirilməsi nəzərdə tutulub. İclasın keçirilmə tarixləri diplomatik kanallar vasitəsilə razılaşdırılacaq/Report.

Digər xəbərlər
SON XƏBƏRLƏR