"Əgər YPG-ni qorumaq üçün bura gəlmək istəsələr..." - Türk nazirdən Bəşər Əsədə xəbərdarlıq

img

22-02-2018 [17:38]


Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu Suriya Prezidenti Bəşər Əsədə sadiq qüvvələrin Afrinə girəcəyi iddialarına cavab verib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, Çavuşoğlu bununla bağlı əlcəzairli həmkarı Əbdülqədir Mesahil ilə görüşündən sonra keçirdiyi mətbuat konfransında danışıb:

"Bizim məqsədimiz bəllidir. PKK/YPG terrorçuları ilə mübarizə aparan heç kimə qarşı deyilik. Çünki terror hamımızın düşmənidir. Əgər YPG-ni qorumaq üçün bura gəlmək istəsələr, buna nail olmayacaqlar. Bundan əvvəl 5-10 avtomobillik karvanla girmək istədilər. Cavablarını aldılar. YPG-yə dəstək verənlər bizim üçün terrorçularla bir səviyyədədir”.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:08 18.03.2024

HADI və BIDININ nağılı