"Qarabağla bağlı bütün məsələlər çox məhdud çevrədə qapalı qalır" - İstefa verən nümayəndə

img

22-02-2018 [17:17]


"Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bütün məsələlər çox məhdud çevrədə qapalı olaraq qalır. Bu, anlaşılandır. Lakin ölkələrin ictimaiyyətinin istənilən kompromis qərarlara hazırlanmasına xidmət etmir."

Bu barədə ATƏT Parlament Assambleyasının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Kristian Vigenin ATƏT PA-nın Vyanada keçirilən qış sessiyasında istefası öncəsi təqdim etdiyi son hesabatında bildirib.

"İki illik intensiv fəaliyyətim müddətində ATƏT PA ilə bağlı Cənubi Qafqazda fikirlərin, həmçinin Cənubi Qafqaz barədə məlumatların ATƏT PA-da paylaşılması üçün nailiyyətlər əldə etmişəm. Lakin istənilən vacib məsələ ilə bağlı irəliləyiş əldə olunmayıb. Bunu da qəbul etməliyik ki, istənilən digər qurum və institut son iki ildə regionda nəzərəçarpacaq nailiyyət əldə etməyib.

Doğrudur, nisbi sülh əldə olunub. Lakin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mənim təəssüratım budur ki, beynəlxalq ictimaiyyət özünün hərtərəfli nizamlanmanın və uzunmüddətli sülhün əldə olunması ilə bağlı ambisiyalarını sadəcə müharibədən qaçmağa dəyişib. Bu dayanıqlı deyil və dəyişməlidir. ATƏT PA bu məsələdə rol oynaya bilər. Lakin bu, xüsusilə münaqişə ölkələrinin paytaxtlarında uyğun şəraitin yaradılması şərti ilə baş verə bilər”, - deyə o vurğulayıb./APA/

Qeyd edək ki, Kristian Vigenin adıçəkilən vəzifəsindən bu gün istefa verib.



Digər xəbərlər
SON XƏBƏRLƏR