PYD Hələbdəki mövqelərini Əsədə təhvil verdi - Türkiyə ordusu ilə savaş üçün Afrinə girdi

img

22-02-2018 [13:38]


PYD terror qruplaşması Hələbin mərkəzində nəzarət etdiyi mövqeləri Bəşər Əsəd rejiminə təhvil verib.

Axar.az xəbər verir ki, bu addımın PYD-YPG-Əsəd ittifaqının Afrinlə bağlı razılığı əsasında atıldığı iddia edilib.

Məlumata görə, Hələbdə nəzarəti Əsəd rejiminə təhvil verən PYD terrorçuları Afrin istiqamətində yola düşüb.

Qeyd edək ki, YPG-PYD terror qruplaşmalarının Afrinlə bağlı Əsəd rejimi ilə razılıq əldə etdiyi, bu razılıq əsasında Suriya ordusunun Afrinə daxil olacağı bildirilmişdi.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:08 18.03.2024

HADI və BIDININ nağılı