Azərbaycan-Rusiya sərhədində ilk sərhəd nişanları qoyuldu - Mərasim

img

22-02-2018 [11:46]


Bu gün Qusar rayonunun Zuxul kəndi ərazisində Azərbaycan Respublikasının Rusiya Federasiyası ilə dövlət sərhədində ilk sərhəd nişanının quraşdırılması mərasimi keçirilib.

Mərasimdə Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin (DSX) və Rusiya Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidmətinin nümayəndə heyətləri, Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə dövlət komissiyalarının üzvləri iştirak edib.

Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında dövlət sərhədində ilk sərhəd nişanı quraşdırıldıqdan sonra DSX-nin rəisi, general-polkovnik Elçin Quliyev, xarici işlər nazirinin müavini, Azərbaycan və Rusiya arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının sədri Xələf Xələfov, Rusiyanın Azərbaycanla dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının sədri Vadim Postnov, Rusiya Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidmətinin nümayəndə heyətinin rəhbəri general-leytenant Aleksey Buyerov çıxış ediblər.

Dövlət sərhədinin demarkasiyası işlərinin ən yaxın zamanda uğurla başa çatdırılacağı qeyd olunub.


Digər xəbərlər
SON XƏBƏRLƏR