Məmur olmaq istəyənlər üçün müsahibələr başlandı - Dövlət İmtahan Mərkəzindən açıqlama

img

22-02-2018 [10:25]


2018-ci il fevralın 21-dən etibarən Dövlət İmtahan Mərkəzi tərəfindən 2018-ci il 11 yanvar tarixində elan edilmiş dövlət qulluğuna qəbul üçün müsabiqənin müsahibə mərhələsi üzrə qeydiyyatdan keçmiş namizədlərlə müsahibələrin keçirilməsinə başlanılıb.

Bu barədə Mia.az-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

Bildirilib ki, müsahibələr Bakı şəhəri, həmçinin DİM-in Gəncə, Şəki, Şirvan, Lənkəran regional bölmələri, Quba regional "ASAN” xidmət mərkəzi daxil olmaqla 15 müxtəlif yerdə təşkil edilmişdir. Digər 3 bölgədə (Mingəçevir, Göyçay və Bərdə) müsahibələrin keçirilməsinə yaxın günlərdə müsahibələrə başlanılacaq. Gün ərzində keçirilməsi nəzərdə tutulan 107 müsahibədən 65-i baş tutmuş,  42 namizədlə müsahibə isə onların gəlməməsi səbəbindən baş tutmamışdır. Müsahibədə iştirak etmiş namizədlərdən 23-ü iddia etdiyi vəzifəyə uyğun hesab edilmiş, 1 nəfərin nəticəsi isə Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 21 iyun tarixli 1480 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Dövlət qulluğu vəzifəsinin tutulması məqsədi ilə müsahibə keçirilməsi Qaydası”nın 5.6-cı hissəsinə əsasən etibarsız hesab edilmişdir.

Nəzərə almaq lazımdır ki, müsahibələrin təşkili və keçirilməsi üçün DİM və dövlət orqanları tərəfindən kifayət qədər vəsait və resurslar sərf olunur. Xüsusilə nəzərə almaq lazımdır ki, müsahibələr ilk dəfə olaraq regionlarda da keçirilir və bu məqsədlə DİM və dövlət orqanlarının nümayəndələri bu bölgələrə ezam olunurlar.

Dövlət İmtahan Mərkəzi namizədlərin nəzərinə çatdırır ki, onların müsahibədə iştirak etməmələri üzrlü hal kimi qəbul edilmir, namizədlərin məsuliyyətsizliyi kimi xarakterizə edilir və belə hallar DİM-in məlumat bazasında qeydiyyata alınır.

Müsahibələrdə iştirak etmək istəməyən namizədlər müsahibə tarixinə 1 gün qalmış, səhər saat 10:00-dək müraciətlərini buradan ləğv etməlidirlər. 

Digər xəbərlər
SON XƏBƏRLƏR