Azərbaycanda Şeyxin elmi-ictimai fəaliyyəti mövzusunda dissertasiya işi yazılıb - Akademik elmi rəhbərdir

img

21-02-2018 [15:57]


Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyx Allah Şükür Paşazadənin elmi-ictimai fəaliyyəti mövzusunda dissertasiya işi yazılıb.

Mia.az xəbər verir ki, AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda müdafiə olunacaq Əlirza Ağakərim oğlu Qafarovun "Şeyxülislam Allahşükür Paşazadənin elmi-ictimai fəaliyyəti” (7213.01-Dinşünaslıq ixtisası) mövzusundakı dissertasiya işinin elmi rəhbəri akademik Vasim Məmmədəliyevdir:

"Artıq dissertasiya işi  filologiya üzrə elmlər doktoru, professor Nəsrulla Məmmədovla ilahiyyat üzrə fəlsəfə doktoru  Şahlar Şərifovun rəsmi opponentliyi, AMEA Fəlsəfə İnstitutunun "İslam fəlsəfəsi” şöbəsinin aparıcılığı ilə Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun nəzdindəki Birdəfəlik Dissertasiya Şurasında müdafiə mərhələsinə daxil olub. Martın 16-da müdafiə olacaq".

Onu da qeyd edək ki, Əlirza Qafarovun Şeyx haqqında 30  səhifəyə yaxın avtoreferatı da dərc olunub. 

Mia.az

Digər xəbərlər
SON XƏBƏRLƏR